Pedaqoq Lado Apxazava və övladına hücum olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mayın 5-də, axşam saatlarında “agentlər haqqında” rus qanununa qarşı etiraz aksiyalarının fəal iştirakçısı olan pedaqoq Lado Apxazava və onun övladına Lançxutidə hücum olunub. Lado Apxazava deyir ki, hücum edənlər onu “naçional” adlandırıb və beysbol dəyənəyi ilə vurmağa cəhd ediblər.

“Bacımla birgə Niqvziani kəndinə getməliydik. Axşam saat 7 idi. Girişdən enəndə həyətə maşın girdi. Saxlayıb söyüş söyməyə başladılar. Onlar sərxoş görünürdülər. Baqajdan taxta çubuqlar çıxardılar. Çubuğu götürüb yenidən baqaja atdığım üçün məni vurmağa macal tapmadılar. Övladımla mən getdik, uzaqlaşdıq. Bizi taxta çubuqlarla təqib etdilər, əvvəlcə iki idilər, sonra üç oldular”, - Lado Apxazava “Gürcüstan Xəbərləri”nə bildirib.

Müəllim deyir ki, hücum onun rus qanununa qarşı etiraz aksiyalarında iştirakı və çıxışı ilə bağlıdır.

Hücum edənlərdən birinin şəxsiyyəti müəyyən edilib. O Lançxuti təcili tibbi yardım xidmətinin sürücüsüdür.

Lado Abxazava artıq polis şöbəsində dindirilib. Daxili İşlər Nazirliyi hücumla bağlı istintaqın başlanıb-başlanılmaması ilə bağlı sualı cavablandırmır.

İlk sahibi Lado Apxazava olan “Milli Müəllim Mükafatı” müəllimə hücumu pisləyib.

“Biz Lado Apxazavaya hücumu pisləyir və ona həmrəyliyimizi bildiririk. Lado təkcə görkəmli müəllim deyil, həm də görkəmli vətəndaşdır. Xüsusilə onun vətəndaş fəallığı fonunda ona qarşı hücum şübhə doğurur. İstintaqın vaxtında və səmərəli şəkildə aparılacağını gözləyirik”, - deyə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyi mayın 3-də Tbilisidə rus qanununa qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına hücumla bağlı da indiyədək səssiz qalıb. Aksiyada iştirak edən gənclərə 10-dan çox adam hücum edib. Onların bəziləri artıq media tərəfindən müəyyən edilib. Hücum edənlər arasında Tbilisi meriyası tərəfindən büdcədən maliyyələşdirilən məşqçilər də var.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur