Pirotexniki vasitələrdən istifadə məhdudlaşdırılasıdır, lakin biz “Lelo”nun qanun layihəsini dəstəkləməyəcəyik - Kobaxidze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, pirotexniki vasitələrdən istifadə ciddi şəkildə məhdudlaşdırılmalıdır və onun komanda yoldaşları da bunnla razıdırlar, lakin parlament çoxluğu “Lelo” partiyasının bu məsələ ilə bağlı hazırladığı qanun layihəsini dəstəkləməyəcək.

Dekabrın 11-də Kobuletidə 10 yaşlı uşaq pirotexniki vasitənin partlaması nəticəsində xəsarət alıb. Bədəninin on faiz yanığı və tənəffüs yolları zədəsi ilə, o, Tbilisidəki yanıq mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Doqquz ay əvvəl təhlükəli pirotexniki vasitələrin qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin təşəbbüskarı olan müxalif deputatlar hakim partiyanı biganəlikdə ittiham edirlər.

“Mən pirotexniki vasitələrdən istifadə ciddi şəkildə məhdudlaşdırılmalı olması mövqeyini bölüşürəm. Mən belə bir qanunun qəbulunun tərəfdarı olardım və üstəlik, bu mövzunu həmkarlarla mütləq müzakirə edəcəyik.

Bir daha təkrar edirəm: xüsusi lisenziya, icazə və s. olmadıqda, pirotexniki vasitələrdən istifadəni kökündən məhdudlaşdıran belə bir qanunun qəbul edilməsinin tərəfdarı olardım”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Lelo” anti-dövlət qüvvədir və parlament çoxluğu onun heç bir qanun layihəsini prinsipial olaraq dəstəkləməyəcək.

“Bu mövzu ilə bağlı mənim öz mövqeyim var. Komanda yoldaşlarımın da oxşar mövqedə olduğunu bilirəm. Ona görə də düşünürük ki, qanun layihəsi irəli sürüb, bunu dəstəkləyəcəyik. Əlbəttə, “Lelo”nun qanun layihəsini dəstəkləmək bizim planlarımızın bir hissəsi deyil”, - İrakli Kobaxidze bildirib.

“Lelo” üzvü Ana Natsvlişvili və parlamentin müxalifətçi üzvü Armaz Axvlediani “Pirotexniki vasitələrin qadağan edilməsi haqqında” qanun layihəsini 2023-cü ilin martında irəli sürüblər, lakin parlament çoxluğu buna baxmağa belə başlamayıb. Qanun layihəsi pirotexniki vasitələrin idxalının, saxlanmasının, satışının və istifadəsinin qadağan edilməsini nəzərdə tutur. İstisna, təhlükəsizlik məsafəsi 1 metr və ya daha az olan və qapalı şəraitdə istifadə oluna bilən F1 kateqoriyalı pirotexnikadır. Qanun layihəsinə əsasən, digər kateqoriyalı pirotexniki vasitələrdən istifadəyə yalnız hökumətin qərarı əsasında, birdəfəlik xüsusi hallarda icazə veriləcək. Belə bir hal, məsələn, Gürcüstanın Aİ üzvlüyünə namizəd statusunu əldə etməsi və bu kimi mühüm hadisələr ola bilər. Qanunun pozulmasına görə cərimə və ya cinayət məsuliyyəti nəzərdə tutulur.

Pirotexniki vasitələrdən istifadə xəsarət alanların sayı xüsusilə yeni il günlərində artır. Fövqəladə Halların Koordinasiyası vəTəcili  Yardım Mərkəzinin məlumatına görə, təkcə 2023-cü ilin yanvar ayı ərzində pirotexniki vasitələrdən istifadə nəticəsində zərər çəkmiş 87 vətəndaş kömək üçün mərkəzə müraciət edib, onlardan 19-u 18 yaşı tamam olmayan kəslər olub, 41 nəfərin xəstəxanaya yerləşdirmə zərurəti yaranıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur