Batumi limanı yaxınlığında Soçidən “Astoria Grande” səyahət gəmisinin daxil gəlməsinə etiraz edən vətəndaşlardan polis 9 nəfəri saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar çoxsaylı çağırışlara baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələbinə tabe olmayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aksiya iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə saxlanılıblar ki, bu da xırda xuliqanlıq və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələbinə tabe olmamağı nəzərdə tutur.
Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını sərbəst toplaşmaq və ifadə azadlığının qanuni çərçivəsindən kənara çıxmamağa çağırır.
İyulun 29-da Soçi limanını tərk edən və sərnişinləri arasında rus turistlərin də olduğu “Astoria Grande” kruiz gəmisi bu gün səhər saatlarında Türkiyənin Trabzon şəhərindən Batumi limanına daxil olub. Etirazçılar gecə saatlarında Batumi limanına toplaşıblar. Daxili İşlər Nazirliyi hadisə yerinə patrul və kriminal polisi, eləcə də xüsusi təyinatlıların əməkdaşlarını səfərbər edərək, gəmiyə çıxışları dəmir bəndlərlə bağlayıb.
Rusiyaya məxsus səyahət gəmisi son on gündə ikinci dəfə Gürcüstan limanına daxil olub. İyulun 22-də “Astoria Grande” Batumidən “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin "qabalıq" adlandırdığı etiraz aksiyası ilə yola salınıb. Bu dəfə gəmidə rus estrada müğənniləri və RU.TV musiqi kanalının aparıcıları da var.
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi bildirir ki, “Astoria Grande” türk kruiz şirkəti tərəfindən idarə olunur, gəmi sahibi Seyşel adalarında qeydiyyatdadır və beynəlxalq sanksiyalara məruz qalmır. Buna görə də onun limana girmək hüququ var.
Batumi bu il ilk dəfə “Astoria Grande”nin səyahət marşrutuna daxil edilib. Bundan əvvəl proqrama Türkiyənin Trabzon, Amasra və İstanbul şəhərlərinə səfərlər daxil idi.