“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze iyulun 27-də Rusiyadan Batumiyə səyahət gəmisinin gəlməsinə qarşı keçirilən etiraz aksiyasını “qabalıq” kimi qiymətləndirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İmedi” teleşirkətinin efirində Kobaxidzedən cəmiyyətin müəyyən qismində Rusiyaya yaltaqlanmaq siyasəti aparıldığına dair fikirlər yarandıqda hökumətin nə etməyi düşündüyü soruşulub?
“Mən bir kobud ifadə işlətmək istəyirəm. Gördüyünüz, o cümlədən bu gün gördüklərimiz, bu sadəcə qabalıqdır. Xatırlatmaq istərdim ki, bu qabalıq müxtəlif dövrlərdə ölkəyə çox ağır nəticələrə başa gəlib. Bu 90-cı illərin əvvəlləri, bu nisbətən erkən dövr idi, 2004-2012, o cümlədən 2008-ci il idi”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, “Gürcü Arzusu” hökuməti yeganə hökumətdir ki, onun dövründə ölkədə müharibə olmayıb.
“Əvvəlki bütün müharibələrdə, 90-cı illərdə, 2008-ci ildə, əlbəttə ki, Rusiya təcavüzkar tərəf olub, lakin ölkəmizin problemlərlə üzləşdiyi bütün hallarda bu, digər məsələlərlə yanaşı, ölkəmizin nümayəndələri tərəfindən formal olaraq və ya necəsə həyata keçirilən qaba davranışın da nəticəsi idi.
Hər şey ilə - avtokratiya, insan hüquqlarının pozulması, insanlara işgəncələr ilə birlikdə, biz, məhz bunu da keçmişə təhvil verdik. Bu gün həmin adamlar bu qabalığı müxalifət sıralarından Gürcüstana qaytarmağa və bununla da Gürcüstana problem yaratmağa çalışırlar. Biz buna əlbəttə ki, icazə verməyəcəyik. Bizə qaba siyasət yox, ölkəmiz üçün praqmatik, rasional, düzgün siyasət lazımdır. Bu, Gürcüstanın sülhü qoruması və ölkənin inkişafı üçün yeganə reseptdir”, - “Gürcü Arzusu”nun sədri bildirib.
İyulun 27-də Rusiyadan, Soçi limanından “Astoria Grande” səyahət layneri Batumi limanına daxil olub. Gəmidə 850 sərnişin olub. Gəmidən düşən bir neçə sərnişin jurnalistlərə Gürcüstanın ərazi bütövlüyünə zidd bəyanatlar verib. Onlardan birinin Rusiyanın abxazlara gürcülərdən azad olunmada kömək etməsi ilə bağlı şərhi xüsusi etiraza səbəb olub.
“İşğaldan xəbərimiz yoxdur, siz bizim bir növ respublikamız, ittifaqımız idiniz, işğal olunmuş ölkə yox. Rusiya işğalçı deyil, biz sizi nə vaxt işğal etmişik? Biz sizə kömək edirdik. Abxaziyanı sizdən azad etdik. Onlar bizdən kömək istədilər. Siz ora tanklarla girdiniz və biz o tankları gördük. Mən Abxaziyada idim, pəncərəsiz evlər gördüm, çünki hamısını siz dağıtmışdınız. Rusiya Abxaziyanın sizdən azad edilməsinə kömək etdi”,- Turistlərdən biri jurnalistlərə bildirib. O, Abxaziyada nə vaxt olduğunu dəqiqləşdirməyib və ola bilsin ki, o, Gürcüstanın “Işğal olunmuş ərazilər haqqında” qanununu pozub.
Batumi bu il ilk dəfə “Astoria Grande”nin bir həftəlik səyahət marşrutuna daxil edilib. İyulun 29-dan avqustun 5-dək olan müddətdə daha belə bir turun keçirilməsi planlaşdırılır.
Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin məlumatına görə, Astoria Grande türk səyahət şirkəti tərəfindən idarə olunur, gəmi sahibi Seyşel adalarında qeydiyyatdadır və beynəlxalq sanksiyalara məruz qalmır, buna görə də limana daxil olmaq hüququ var.