Polşa Xarici İşlər Nazirliyi “Vivamed” klinikasında polşalı həkimlər qrupunun üzvlərindən birinin Mixeil Saakaşvilidən götürülmüş nümunəni ayaqqabısı ilə çıxarmağa cəhd göstərdiyi insidentə münasibət bildirib. Gürcüstan tərəfi hadisə ilə bağlı iyulun 14-də məlumat yayıb və videogörüntülər dərc edib. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hesab edir ki, nümunənin gizli götürülməsində məqsəd yalnız onu saxtalaşdırmaq ola bilər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Polşa Xarici İşlər Nazirliyindyaydığı bəyanata görə, Polşa tərəfi Gürcüstan hökumətinin qərarını yüksək qiymətləndirir və polşalı həkimlərə sabiq prezidenti ziyarət etmək və müayinə etmək imkanının verilməsindən məmnunluğunu ifadə edir və onun müalicə prosesində gürcü həkimlərin hərtərəfli iştirakını vurğulayır. Nazirlik izah edir ki, səfərin məqsədi Saakaşviliyə kömək etmək olub.
“Razılaşmaya zidd, qəsdən və gözlənilməz bir hadisə baş verdi ki, o, dərhal yerində üzə çıxdı və sonra Gürcüstanın xarici işlər naziri ilə görüş zamanı izah edildi. Bu kontekstdə Gürcüstan Ədliyyə Nazirliyi tabeliyində olan Xüsusi Cəzaçəkmə Xidmətinin polşalı həkimin üzərinə bxılması haqqında videoqeylərin dərc edilməsi qərarı və Gürcüstanın dövlət orqanlarının nümayəndələrinin bir sıra emosional ifadələri yaxşı əməkdaşlıq prinsiplərinə ziddir”, - nazirliyin bəyanatında deyilir.
Polşa tərəfi qəti şəkildə qeyd edir ki, nə hadisə, nə də Gürcüstan hakimiyyəti tərəfindən onun açıqlanması Mixeil Saakaşvilinin səhhətinin və gürcü həkimlərinin fəaliyyətinin qiymətləndirilməsinə, nə də müayinələrin nəticələrinin təhlili prosesinə təsir göstərməyəcək.
Polşa Xarici İşlər Nazirliyi gürcü tərəfdaşlarla əməkdaşlığın dəyişməz davam edəcəyinə ümid edir və “gürcü tərəfdaşlara Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə kömək etmək” məqsədi ilə gələcək fəaliyyətlərə hazır olduğunu bildirir.
İyulun 12-də polşalı həkim qrupu Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini tədqiq etmək üçün Xüsusi Cəzaçəkmə Xidmətinin podratçısı olan “Vivamed” klinikasına daxil olub.
Hadisədən sonra, iyulun 17-də Polşanın səfiri vəzifəsini icra edən Mariuş Pietrzak Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb və hadisə ilə bağlı mövqeyini bildirməsi xahiş olunub. Gürcüstan tərəfinin məlumatına görə, görüşdə nazir İlia Darçiaşvili polşalı həkimlə bağlı baş verən insidentdən narahat olduğunu bildirib və vurğulayıb ki, həkimin davranışı anlaşılmazlıq, narahatlıq yaradır və bütün prosesə etibarı itirir.
Ədliyyə naziri Rati Breqadze bildirib ki, “tibbi, etik və hüquqi normalara tamamilə uyğun olmayan hərəkətin” hansı məqsədə xidmət etdiyi aydınlaşdırılmayana qədər polşalı həkimlərin Saakaşviliyə baş çəkməsinə icazə verilməyəcək.