Gürcüstanın ədliyyə naziri Rati Breqadze bir qrup polşalı həkimin həbsdə olan eks-prezident Mixeil Saakaşviliyi ziyarəti ilə bağlı brifinq keçirib və bildirib ki, həkimlərdən biri tərəfindən “anlaşılmaz insident halı qeydə alınıb”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xüsusilə, Breqadzenin sözlərinə görə, polşalı həkim Mixeil Saakaşvilidən palatada götürdüyü nümunəni kağıza büküb, ayaqqabısının içində gizlədib və onu gizlicə “Vivamed” klinikasından çıxarmağa çalışıb.
“Qeyd edək ki, xüsusi penitensiar xidmət onlara rəsmi qaydada götürülən nümunəni aparmaq hüququnu verib. Müvafiq olaraq, həkimin sözügedən hərəkəti tibbi etik və hüquqi normalara uyğun olmayan davranışına daha çox qeyri-müəyyənlik əlavə edir. Bu şəxs məntiqi izahı mümkün olmayan izahat verməkdən məhrum edilib”, - Breqadze bildirib.
Xüsusi Çəzaçəkmə Xidməti 12 iyul tarixli, agentliyin məlumatına görə, hadisəni əks etdirən videonu da yayıb.
“Burada yalnız kağıza bükülmüş nümunənin götürülməsini əks etdirən kadrlar göstərilir, onun bilavasitə palatada həkim ayaqqabısına gizli şəkildə necə qoyulması göstərilmir. Odur ki, hər kəsi təxribat xarakterli və qanunvericiliyə zidd hərəkətlərdən çəkinməyə çağırırıq.
Həmçinin Polşa səfirliyinin həkimlərin gətirilməsi prosesində iştirak etdiyini və onların tövsiyəçisi olduğunu nəzərə alaraq, Xarici İşlər Nazirindən qeyd olunan insidentlə bağlı səfirliyin mövqeyini dinləməsini xahiş edirəm”, - Rati Breqadze bildirib.
Polşalı həkimlər qrupu Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini yoxlamaq üçün Xüsusi Czaçəkmə Xidmətinin podratçısı olan “Vivamed” klinikasına iyulun 12-də daxil olub.
“Biz dostlarımızı ehtiyac içində qoymuruq. Mənim xahişimlə təcili humanitar və tibbi yardım briqadasının polşalı həkimlər qrupu Gürcüstanda prezident Mixeil Saakaşvilinin kompleks tibbi tədqiqinə başlayıb”, - Polşanın baş naziri Mateuş Moravetski polşalı həkimlərin Tbilisiyə gəlişindən sonra bildirib.
Bundan əvvəl Mixeil Saakaşvili və vəkilləri Gürcüstan hakimiyyətinin aylarla polşalı həkimləri “Vivamed”ə buraxmadığını iddia edirdi, ədliyyə naziri isə bunu təkzib edir. Rati Breqadzenin sözlərinə görə, o, 2022-ci il noyabrın 29-da Mixeil Saakaşviliyə onu müalicə prosesinə cəlb etmək üçün istənilən əcnəbi həkimi dəvət etməyi təklif edib və bunun üçün 2023-cü il martın 20-də məhkumun anasının müraciətini alıb. Breqadzenin sözlərinə görə, bəyanat qanunvericiliklə müəyyən edilmiş standartlara cavab verməyib.
“Müraciətçiyə dəfələrlə yazılı və şifahi şəkildə izah edilib ki, həkimlərin Gürcüstanda müvəqqəti tibbi fəaliyyətlə məşğul olmaq hüququ olmalıdır və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə də riayət edilməlidir. Buna baxmayaraq, ictimaiyyətə yanlış məlumat verilirdi ki, polşalı həkimlərin məhkuma baş çəkməsinə icazə verilməyib. Ədliyyə Nazirliyinin təklifindən 7 ay sonra, 2023-cü il iyulun 5-də məhkumun vəkili polşalı həkimlərinin məhkum Saakaşvilinin yanına, Vivamed klinikasına buraxılması ilə bağlı müraciət təqdim edib”, - Breqadze bildirib.
Gürcüstanın üçüncü prezidenti səhhətinə görə bir ildən artıqdır ki, “Vivamed” klinikasındadır.
Bu mövzuda: