Polşalı həkimlər qrupu Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətinin kompleks tədqiqinə başlayıb. Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz dostlarımızı çətinlikdə qoymuruq. Mənim xahişimlə təcili humanitar və tibbi yardım briqadasının bir qrup polşalı həkimi Gürcüstanda prezident Mixeil Saakaşvilinin kompleks tibbi müayinəsinə başlayıb”, - Mateuş Moravetski “Twitter”də yazıb.
Beş həkimdən ibarət qrup iyulun 12-də Tbilisidə Xüsusi Çəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasında olub. Qrup üzvləri jurnalistlərə açıqlama verməyiblər.
Mixeil Saakaşvili və vəkilləri aylardır iddia edirdilər ki, Gürcüstan hakimiyyəti polşalı həkimləri “Vivamed”ə buraxmır. Ədliyyə naziri Rati Breqadze iyulun 4-də keçirdiyi mətbuat konfransında bu ittihamın əsassız olduğunu bir daha bəyan edib. Breqadzenin sözlərinə görə, Nazirlik Mixeil Saakaşviliyə arzuolunan həkimlərin müalicə prosesinə qoşulmasını ötən ilin noyabrında təklif edib, lakin onun ailəsi cəmi 4 ay sonra nazirliyə rəsmi ərizə ilə müraciət edib və ərizə natamam şəkildə təqdim olunub.
“İnsan xəstdirsə və həkimlərin tez bir zamanda içəri daxil olmasını istəyəirsə, o və ətrafı 4 aydan sonra, onların içəri daxil ola bilməyəcəyini çox yaxşı bildiyi halda, natamam məktub göndərməməlidir. Polşalı həkimlərə icazə verilməməsi ittihamı tamamilə ədalətsizdir. Bununla da ajiotaj yaratmaq istəyirlər ki, bu şəxsin adı və soyadı daim açıqlansın və aktual olsun”, - Breqadze bildirib.
Mixeil Saakaşvili fevral ayından bu yana öz məhkəmə prosesində ilk dəfə iyulun 3-də iştirak edib. Eyni adlı 7 Noyabr işi üzrə o, Tiflis Şəhər Məhkəməsində davam edən iclasında “Vivamed” klinikasından, uzaqdan iştirak edib. Videogörüntülərdən onun səhhətinin ağır olduğu görünür. Həmin gün Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya Ukrayna vətəndaşını Gürcüstan hakimiyyətinin əli ilə qətlə yetirir. O, Saakaşvilinin Ukraynaya təhvil verilməsini tələb edib və bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün Gürcüstan səfirinin Tbilisiyə göndərilməsi barədə göstəriş verib.
Gürcüstanın üçüncü prezidenti səhhətinə görə bir ildən artıqdır ki, “Vivamed” klinikasındadır. 2023-cü ilin aprelində o, müvəqqəti tədbir görülməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsə də, müalicə üçün Polşaya göndərilməsindən imtina edilib.
Mixeil Saakaşvili ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu iddia etsə də, 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilib.