Ukrayna Ali Radası (parlamenti) Gürcüstan prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqına üzv ölkələrin parlamentlərinə Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin əfv olunmasının zəruriliyi ilə bağlı müraciət edib. Bugünkü iclasda iştirak edən 332 deputatdan 285-i müvafiq qətnaməni dəstəkləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qətnamənin mətninə əsasən, Ukrayna vətəndaşının həyat və sağlamlığının qorunması məqsədilə Ukrayna Ali Radası:
- Salome Zurabişvilini Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinetsin Mixeil Saakaşvili ilə görüşməsinə icazə verməyə çağırır;
- Salome Zurabişviliyə müraciət edərək humanitar aktın həyata keçirilməsini və Mixeil Saakaşvilinin ağır fiziki vəziyyətini nəzərə alaraq əfv olunmasını xahiş edir;
- Avropa İttifaqına üzv dövlətlərin parlamentlərinə müraciət edir ki, Mixeil Saakaşvilinin prezident Salome Zurabişvili tərəfindən əfv edilməsinin zəruriliyi ilə bağlı müvafiq qərar və qətnamələr qəbul etsinlər və bununla da beynəlxalq insan hüquqları standartlarının qorunmasının vacibliyini təsdiq etsinlər.
İyulun 3-də Mixeil Saakaşvilinin Tbilisi Şəhər Məhkəməsinin iclasında çıxışından sonra Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukrayna vətəndaşını Gürcüstan hakimiyyətinin əli ilə qətlə yetirir. O, rəsmi Tbilisini “bu təhqiri dayandırmağa və Saakaşvilinin Ukraynaya qayıtmasına razılıq verməyə” çağırıb. Bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün Zelenski Gürcüstanın Ukraynadakı səfirinə Tbilisiyə qayıtmağı tapşırıb. Gürcüstan hökuməti məsləhətləşmələri istisna edir.
2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilən Gürcüstanın üçüncü prezidenti səhhətinə görə bir ildən artıqdır ki, Xüsusi Cəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Bu ilin aprelində o, müvəqqəti tədbirin tətbiqi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etsə də, müalicə üçün Polşaya göndərilməsindən imtina edilib.
Mixeil Saakaşvili cinayətkar elan edilib və parlamentin üzvü Valeri Qelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin sərhədi qanunsuz keçməkdə, “İmedi” televiziya şirkətinə basqın etməkdə, noyabrın 7-də keçirilən etiraz aksiyasında, Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 24 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsirini boynuna almır, siyasi təqiblərə məruz qaldığını və Putinin məhbusu olduğunu deyir.