“Gürcü Arzusu” Saakaşvili məsələsi ilə bağlı məsləhətləşmələri istisna edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mixeil Saakaşvili 3 iyul, məhkəmə iclasında

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Ukraynanın Gürcüstan səfirindən tələb etdiyi Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin məsələsi ilə bağlı məsləhətləşmələrin aparılması qətiyyən mümkün deyil.

“Aramızdaki münasibətlərin necə davam edə biləcəyinə gəlincə, biz sadə səbəbə görə bütün hallarda birtərəfli dostluq rejimində qalmağa hazırıq: birincisi, yəni Gürcüstan və Ukraynaya, xalqlar arasında çoxəsrlik dostluğa hörmət etməliyik, ikincisi isə, bu ölkə, Ukrayna hazırda müharibə vəziyyətindədir. Bu, atılan təhqiramiz addımlara baxmayaraq, hətta Ukrayna hakimiyyəti ilə belə birtərəfli dostluq rejimində qalmağımızın yeganə səbəbidir. Təbii ki, Saakaşvili məsələsi ilə bağlı heç bir məsləhətləşmə başlamayacaq. Saakaşvili məsələsi ilə bağlı məsləhətləşmələr tamamilə istisnadır”, - Kobaxidze bu gün jurnalistlərə bildirib.

Hakim partiyanın sədri qeyd edib ki, artıq atılan addımlar fonunda Ukraynanın növbəti addımları daha maraqlı deyil.

İyulun 3-də Mixeil Saakaşvilinin Tbilisi Şəhər Məhkəməsinin iclasında çıxışından sonra Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukrayna vətəndaşını Gürcüstan hakimiyyətinin əli ilə qətlə yetirir. O, rəsmi Tbilisini “bu təhqiri dayandırmağa və Saakaşvilinin Ukraynaya qayıtmasına razılıq verməyə” çağırıb.

İyulun 4-də Zelenskinin tapşırığı ilə Gürcüstanın Ukraynadaki səfiri Qiorqi Zakaraşvili Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və Mixeil Saakaşvilinin səhhətinin “əhəmiyyətli dərəcədə pisləşməsi” ilə bağlı kəskin etirazını bildirilib. Gürcü diplomata bildirilib ki, “Mixeil Saakaşviliyə bu cür münasibət qətiyyən yolverilməzdir” və “Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşını təhqir etməyi dayandırmalıdır”.

“Bununla bağlı Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşviliyə məsləhətləşmələr üçün Tbilisiyə qayıtmaq – vəziyyətin həlli yollarını axtarmaq təklif olunub. Ukrayna tərəfi Mixeil Saakaşvilinin müalicə və baxım üçün Ukraynaya köçürülməsi məsələsini təcili müzakirə etməyə hazır olduğunu vurğulayıb”, - Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.Qiorqi Zakaraşviliyə Ukraynanı tərk etmək üçün 48 saat vaxt verilib. Gürcüstan Xarici İşlər Nazirliyi Ukrayna tərəfinin qərarını diplomatik münasibətlərin kəskinləşməsinin ifrat forması kimi qiymətləndirib. Nazirliyin məlumatına görə, Avropa İnsan Haqları Məhkəməsi “məhkum Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı fərziyyələrə son qoyub”. Müvafiq olaraq, rəsmi Kiyevin qərarı gürcü tərəfi üçün anlaşılmazder.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur