Gürcüstan prezidenti Salome Zurabişvili müstəqil hüquqşünaslar qrupunun üzvü Kaxa Tsikarişvilini 4 il müddətinə Ali Ədliyyə Şurasının hakim olmayan üzvü təyin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kaxa Tsikarişvili və keçmiş Xalq Müdafiəçisinin müavini Qiorqi Burcanadzenin namizədliyi prezidentin yaratdığı komissiya tərəfindən tövsiyə olunub. Bu gün məlum olub ki, Salome Zurabişvili Tsikarişvilini seçib və onun təyinatı haqqında fərman verib.
Seçim komissiyası ilə müsahibə zamanı Kaxa Tsikarişvili məhkəmə sistemində əsas problem kimi klanın mövcudluğuna vurğu edib ki, bu da onun öz təbirincə mafioz qrupdur.
“Beynəlxalq lüğətdə də öz maraqlarına xidmət edən və hakimiyyətini saxlamaq üçün hər şeyi edən məhkəmə sistemindəki bu cür qruplara belə xitab edilir. Məhkəmə sistemində bu qrup əvvəlki hökumətə xidmət edirdi, indi isə “Gürcü Arzusu” hökumətinə xidmət edir”, - Tsikarişvili qeyd edib.
Onun sözlərinə görə, daha müstəqil olan hakimlər ya tamamilə sistemdən qovulur, ya da ən aşağı səviyyədə qalır, klana sadiq olanlar isə apellyasiya və kassasiya məhkəmələrinə gedirlər.
“Praktiki olaraq bütün məhkəmə sistemi tərsinə qurulub. Məhkəmə iyerarxiyası üzərində qurulmalı olduğu dəyərlərə qarşı qurulub. Bu, ciddi problemdir, onun bir və ya iki həlli yoxdur, bunun üçün bir-iki dərman yoxdur, bu çox mürəkkəb yanaşma tələb edir”, - deyə Kaxa Tsikarişvili bildirib.
Ali Ədliyyə Şurası keyfiyyətli və səmərəli ədalət mühakiməsini təşviq etmək üçün yaradılmış məhkəmə sisteminin əlaqələndirici orqanıdır. O, şəhər və apellyasiya məhkəmələrinin hakimlərini təyin edir, həmçinin Ali Məhkəməyə namizədləri seçib təsdiq üçün parlamentə göndərir. Şura 15 üzvdən ibarətdir, onlardan altısı hakim olmayan üzvlərdir. Prezident bir hakim olmayan üzvü təyin etmək səlahiyyətinə malikdir.
Prezident Zurabişvili iyunun 21-də Ali Ədliyyə Şurasının hakim olmayan üzvünün seçilməsi üçün müsabiqə elan edib.Vakant vəzifəni tutmaq istədiyini beş namizəd bildirib.