“Vaqner” özəl hərbi şirkətinin komandiri Yevgeni Priqojin Rusiya prezidenti Vladimir Putinin müraciətini şərh edir və bəyan edir ki, “prezidentin, Federal Təhlükəsizlik Xidmətinin və ya başqasının” tələbi ilə heç kim təslim olmaq fikrində deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Prezident xəyanətlə bağlı böyük səhv etdi. Biz, ölkəmizin vətənpərvərləri, döyüşmüşük və idöyüşəcəyik. “Vaqner”in bütün döyüşçüləri. Nə Prezidentin, nə Federal Təhlükəsizlik Xidmətinin, nə də başqasının tələbi ilə heç kim təslim olmaq fikrində deyil, çünki biz ölkədə korrupsiya, yalan və bürokratiya içində yaşamağa davam etmək istəmirik.
Biz Afrikada döyüşəndə onlar bizə Afrikaya ehtiyac duyduqlarını deyirdilər, sonra yardıma getməli olan pulu oğurladıqları üçün oranı tərk etdilər. Bizə Ukrayna ilə döyüşə gedək deyəndə gedib vuruşduq, amma məlum oldu ki, hələ də sursat, silah, pul oğurlayırlar. Məmurlar elə indiki, kiminsə Moskvaya doğru getdiyi vaxt üçün, oturub pul yığırlar. İndi heç nəyə qənaət etmirlər. Biz vətənpərvərlərik və bu gün bizə qarşı çıxanlar əclaflardır”, - deyə Priqoji, onun mətbuat xidmətinin yaydığı audiomüraciətdə bildirib.
Yevgeni Priqojinin üsyanından sonra bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edib. O, Priqojinin hərəkətini “arxadan vurulan zərbə” kimi qiymətləndirib və “vətənə xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.
“Hərbi qiyam təşkil edən və hazırlayan, əsgər yoldaşlarına silah qaldıran Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən onların bu cinayətə cəlb etməyə çalışdıqları şəxsləri ölümcül və faciəli səhvə yol verməməyə, yeganə düzgün seçimi etməyə – cinayət əməllərində iştirakdan çəkinməyə çağırıram”, - Putin bildirib.
Bundan əvvəl, iyunun 23-də,“Vaqner”in təsisçisi Rusiya Müdafiə Nazirliyini “Vaqnerlilər”in düşərgələrini bombalamaqda ittiham etmiş və “ədalət yürüşü”nə başlayacağına söz vermişdi. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınalığın niyə baş verdiyini” öyrənməyə gedirdi.
“Rusiya hərbi rəhbərliyinin törətdiyi şər dayandırılmalıdır”, - deyə Priqojin bildirib. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü tələb edib.
Hazırda “Vaqner” Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir.
Rusiya hökuməti Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edib.
Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb.