Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, Anaklia Dərinsu Limanının inşasına “çinliləri belə dozada daxil etmək” Qərb tərəfdaşları ilə münasibətlərə bıçaq zərbəsidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Orbeliani sarayında “Gürcüs Xartiyası”nı imzalayan müxalifət siyasətçiləri ilə görüşdə Salome Zurabişvili qeyd edib ki, son vaxtlar diqqət rus qanununa yönəlib, ona görə də hökumətin digər qərarlarına lazımi diqqət yetirilməyib.
“Biz offşor qanununa kifayət qədər diqqət yetirməmişik ki, bu da onların çox xoşladığı bir söz olan şəffaflıqdan başqa hər şeydən bəhs edir. Bu halda, bu ölkəni heç kəsə məlum olmayan müxtəlif kapitallara açan, tamamilə qeyri-şəffaf qanundur. Seçki Məcəlləsinə də dəyişikliklər ediləcək, bu onu daha da pisləşdirəcək, amma biz bunun da üstəsindən gələcəyik.
Pensiya fondu ilə bağlı çox zərərli qanun hazırlanır. Bir az daha texniki və mürəkkəbdir, amma bu pensiya fondunun yaradılması bəlkə də ən böyük nailiyyətlərdən biridir ki, “Oçneba” bununla birtəhər özünü bəyəndirə bilərdi, amma indi baş verənlər, bu pensiya fondunun hökumətin əlinə keçməsi çox təhlükəli bir istiqamət üzrə irəlləməkdir. Mən Anakliada çinliləri belə dozada daxil etməyin amerikalı və ya avropalı tərəfdaşlarımızla münasibətlərimiz üçün bıçaq zərbəsi olması barədə heç nə deməyəcəyəm”, - prezident bildirib.
Mayın 30-da Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bəyan edib ki, Çin konsorsiumu Anaklia Dərinsu Limanının strateji layihəsində özəl sərmayəçi olacaq. Söhbət iki subpodratçısı olan “China Communications Construction Company Limited” (Çin) və “China Harbor Investment” (Sinqapur) şirkətlərindən gedir - “China Road and Bridge Corporation” və “Qingdao Port International”.
Çinin dövlət şirkəti “China Communications Construction Company Limited” (CCCC) Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyaya məruz qalıb. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin sanksiyaları sadalayan saytında “CCCC” Çin hərbi-sənaye kompleksi şirkətləri siyahısındadır (NS-CMIC siyahısı). Bu siyahıya Çin Xalq Respublikasının göstərişi ilə hərbi və müşahidə texnologiyaları ilə məşğul olan qurumlar daxildir. Sanksiya siyahısı Tramp administrasiyası dövründə başlayıb və Bayden administrasiyası onu davam etdirərək genişləndirib. Prezident Co Baydenin 3 iyun 2021-ci il tarixli sərəncamı bu şirkətlərin Çin Xalq Respublikasının hərbi-sənaye kompleksi ilə əlaqələrinə görə ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı iddialarına əsaslanaraq, Çin şirkətlərinə, o cümlədən “CCCC”yə sərmayə qoyuluşunu məhdudlaşdırır.
2020-ci ilin sentyabrında ABŞ Dövlət Departamenti bildirib ki, “CCCC” Çinin Cənubi Çin dənizində geniş miqyaslı dərinləşdirmə, süni adaların tikintisi və militarizasiya vasitəsilə hərbi genişlənməsinə kömək edir. Bundan əlavə, ABŞ departamenti qeyd edir ki, “CCCC” Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü həyata keçirir, bu təşəbbüs inkişaf etməkdə olan ölkələrə yeni infrastruktur vəd edir, lakin bunun əvəzinə keyfiyyətsiz tikinti təklif edir, əmək hüquqlarının pozuur, “davamsız borc”a səbəb olur və ətraf mühitə ziyan vurur. 2009-cu ildə Dünya Bankı saxtakarlığa görə “CCCC”yə sanksiya tətbiq edib və onun maliyyələşdirdiyi layihələrin həyata keçirilməsini səkkiz il müddətinə qadağan edib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Çin şirkətinə sanksiya tətbiq edilməsini təkzib edir. Nazirlik yalnız qeyd edib ki, 2020-ci ildə ABŞ Ticarət Departamenti “CCCC”ni və onun bir neçə törəmə şirkətlərini "Müəssisə Siyahısı" adlanan siyahıya daxil edib ki, bu da “onların sanksiya olunmasını deyil, yalnız konkret əməliyyatların həyata keçirilməsinə məhdudiyyətləri nəzərdə tutur”.
Baş nazir İrakli Kobaxidzedən digər şirkətlərin niyə Anaklia limanı layihəsi ilə maraqlanmadığı soruşulduqda, “mənim buna cavabı yoxdur” deyib. “Əgər konkret dövlətlər tərəfindən maraq olsa idi, bu layihənin həyata keçirilməsinə sərmayəçi cəlb etmək onlar üçün çətin olmazdı. Lakin təəssüf ki, hər şey olduğu kimi də oldu”, - Kobaxidze jurnalistlərə bildirib. Bundan əlavə, baş nazirin sözlərinə görə, Çin şirkətinin tenderdə qalib gəlməsi Anaklia layihəsinin ən yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verir.
Anaklia limanı dövlətin iştirakı ilə tikilməlidir - dövlət 51%, özəl sərmayəçi isə 49% paya malik olacaq.