İyulun 18-də Gürcüstan prezidenti parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında fərman verib. Salome Zurabişvili qanunverici orqanı onun təqdim etdiyi Milli Bankın İdarə Heyətinin üzvlüyünə namizədiliyi gündəliyə daxil olunması ehtimal olunan məsələlərlə birlikdə müzakirəyə və səsə qoymağa çağırır ki, “Milli Bankın İdarə Heyətinin kadr təminatı prosesi daha da ləngiyib və uzanmasın”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezident mayın sonunda Yekaterine Qazadzenin namizədliyini parlamentə təqdim edib. Bundan əvvəl xüsusi yaradılmış komissiya Salome Zurabişvilinin ayrı-ayrılıqda görüşüb söhbət etdiyi 5 namizədi tövsiyə edib.
“Gürcüstan Prezidenti öz səlahiyyətləri çərçivəsində GMB İdarə Heyyətinin üzvlüyünə namizədlərin seçilməsi prosesini rəvan və şəffaf şəkildə aparıb və 24 may 2024-cü ildə müstəqil komissiya tərəfindən seçilmiş yüksək ixtisaslı namizədi Gürcüstan parlamentinə təqdim edib, lakin, indiyədək təqdim edilmiş namizədliyə parlamentdə heç bir səviyyədə baxılmayıb”, - bu gün prezident administrasiyasından bildirib.
Gürcüstan Milli Bankının İdarə Heyətində 4 üzvün yeri vakantdır. Parlament sədri Şalva Papuaşvilinin sözlərinə görə, prezident bütün namizədləri parlamentə təqdim edəcəyi təqdirdə məsələ müzakirə olunacaq.
“Bütün namizədləri təqdim edin və biz onlara baxacağıq. 4 vakant yerin olduğu və 5 potensial namizəd seçildiyi heyətə nədənsə yalnız bir namizədin təqdim olunması bir az təəccüblüdür”, - Papuaşvili bildirib.
Parlamentin növbədənkənar sesiyası iyulun 18-19-da keçiriləcək. Cümə axşamı, iyulun 18-də Hüquq Məsələləri Komitəsi baş prokuror vəzifəsinə namizəd Qiorqi Qabitaşvilini dinləyəcək. Həmin gün plenar iclasda Qiorqi Qabitaşvilinin namizədliyi səsə qoyulacaq, cümə günü, iyulun 19-da keçiriləcək plenar iclasda isə “Amnistiya haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi planlaşdırılır.
İyulun 15-də Şalva Papuaşvili növbədənkənar sessiyanın təyin edilməsi tələbi ilə Gürcüstan prezidentinə müraciət edib.