Prezident Saakaşvilinin əfv olunası və qolbağı ilə gəzəsi heç nəyi yoxdur - Xabeişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili prezident Salome Zurabişvilinin Fransa telekanalına müsahibəsinə Mixeil Saakaşvilinin əfv olunmasının və cəzasının təxirə salınmasının alternativ formaları ilə bağlı verdiyi bəyanatı şərh edib.

Xabeişvilinin sözlərinə görə, “Gürcüstanın üçüncü prezidenti əfv olunası heç bir şeyi yoxdur”.

“Gürcüstanın heç vaxt günahkar prezidenti olmayıb və bunu tirajlamaq yox ki, guya kimisə əfv edəcək, sadəcə əlindəki bu instrumentdən istifadə etməlidir”, - Xabeişvili “Formula” teleşirkətinin efirində bildirib.

“Milli Hərəkat”ın sədri qeyd edib ki, Mixeil Saakaşvilinin həbsdə qalması qeyri-adekvatdır, Fransa və Ukrayna prezidentləri, amerikalı senatorlar və avropalı parlamentarilər bu haqda danışırlar.

“Prezident Saakaşvilinin əfv olunası və qolbağı ilə gəzəsi heç nəyi yoxdur. Niyə qolbağı ilə gəzməlidir?

“Qayı”dan patrul polisi yaratdı, eyni adlı taykeş “bot” geyinən əsgərdən Avropa tipli, müasir bir ordu yaratdı. Buna görə?! Hansı sosial təbəqəni təmsil etməsindən asılı olmayaraq hər kəsə təhsil almaq imkanı verdi və indi gənclər rüşvətsiz qəbul ola bilirlər, buna görə?! Saakaşvili buna görə qolbaqla həbsxanada saxlanmalıdır?! Bu normal və məntiqli deyil. Zaman keçdikcə cəmiyyət Saakaşvilinin ölkəmiz üçün müsbət rolunu daha da yaxşı anlayır. Buna görə də Salome Zurabişvilinin sözünü əmələ çevirməsi və prezident Saakaşvili və təbii ki, Nika Qvaramiya ilə bağlı əlində olan xüsusi instrumentdən istifadə etməsi vacibdir”, - Xabeişvili deyir.

İyunun 2-də “France 24” telekanalının jurnalisti Salome Zurabişvili ilə müsahibə zamanı o qeyd edib ki, Qərb Gürcüstan prezidentinin Saakaşvilinin səhhətini nəzərə alaraq onu əfv edib-etməyəcəyini maraqlanır və Gürcüstanın imicinə dəyəcək ziyanı vurğulayır.  Zurabişvilinin dediyi kimi, bu, onu da narahat edir və vəziyyəti yüngülləşdirmək üçün çox şey edir, lakin, ziyan hökumətin qərarlarının nəticəsidir və əvf etmə və ya etməmə əslində onu dəyişdirəcək bir şey deyil.

“Düşünürəm və o, bu barədə açıq danışmışam ki, ona dünyanın bir çox məhkum edilmiş prezidentləri kimi davranılmalıdır. Elektron qolbaqlar və digər formalar var ki, onlar Avropa Birliyinə daxil olacaq ölkədən gözlənilənlərə daha çox uyğun gəlir”, Salome Zurabişvili bildirib.

Gürcüstan prezidenti əlavə edib ki, əfv etməyə imkan verməyən hüquqi hallar var. Bundan əlavə, o qeyd edib ki, əfv prezidentin ixtiyarındadır və ondan niyə istifadə etdiyini və ya istifadə etmədiyini izah etmir.

Gürcüstanın hazırda Ukrayna vətəndaşlığını daşıyan üçüncü prezidenti 2021-ci il oktyabrın 1-də yerli özünüidarə seçkilərindən bir gün əvvəl Tbilisidə həbs edilib. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bir ildən artıqdır ki, Mixeil Saakaşvili səhhətinə görə Xüsusi Çəzaçəkmə Xidmətin podratçısı olan “Vivamed” klinikasındadır. Avropa İnsan Haqları Məhkəməsi onun müalicə üçün Gürcüstandan Polşaya köçürülməsi tələbini təmin etməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur