Gürcüstan prezidenti Salome Zurabişvili Kutaisinin Akaki Tsereteli Dövlət Universitetinin və Zuqdidinin Şota Mesxia adına Dövlət Təhsil Universitetinin tələbələri üçün açıq mühazirə keçirə bilməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kutaisi Universitetinin rektoru Şalva Kirtadze jurnalistlərə bildirib ki, bu universitetdə açıq mühazirə keçirmək üçün arzuolunan dövr olmayıb.
“Həmin vaxt universitetdə imtahan dövrü var idi, sonra universitet başdan sonadək bu tsiklə keçib. Üstəlik, mən özüm Gürcüstanda deyildim. Ona görə də belə bir tədbirin keçirilməsi üçün arzuolunan dövr deyil. Biz belə məlumat vermişik ki, universitetdə imtahan dövrüdür, mühazirələr keçirilmir, tələbələr gəlmirlər, uşaqlar yalnız imtahana gəlirlər. Sonra oxumağa geri evə gedirlər”, - deyə rektor bildirib.
Şalva Kirtadze açıq mühazirə ilə bağlıbaş nazirdən müraciət olsa idi imtina edərdimi sualına belə cavab verdi: “Biz ona da deyərdik ki, gəl, başqa vaxt etsək daha yaxşı deyilmi, çünki indi tələbənin əsas düşünməli olduğu şey oxumaqdır. Biz bunu hər kəsə təklif edərdik”.
Zuqdidi Universitetinin rektoru Teona Xupeniyanın sözlərinə görə, tarixlə bağlı fikir ayrılığı səbəbindən prezidentin səfəri baş tutmayıb.
“Açıq mühazirədən imtina etmədik, onun gəlməli olduğu tarix göstərilmişdi və mən həmin tarixdə orada deyildim. Müvafiq olaraq, müavinim bu barədə məlumat ötürüb. Bildiyiniz kimi, bu, hörmətli, böyük bir qurumdur və məntiqlə ona müvafiq mühit lazımdır. Administrasiya özü də hesab edib ki, görüş baş tuta bilməzdi”, - Xupeniya qeyd edib.
Noyabrın 30-da “Azadlıq Uğrunda” tələbə hərəkatının təsisçisi Niko Manaqadze bildirib ki, Tbilisi, Kutaisi və Zuqdidi Dövlət Universitetləri Salome Zurabişvilinin açıq mühazirə keçirməsindən imtina ediblər. Tələbə hərəkatı ölkə başçısının başlatdığı “Səsimiz Avropaya” kampaniyası çərçivəsində vətəndaşların, o cümlədən tələbələrin imzalarını toplayır. Prezidentin administrasiyası açıq mühazirələrdən imtina məsələsini şərh etməyib, lakin Salome Zurabişvili bildirib ki, Tbilisi Dövlət Universitetinin rektoru Caba Samuşia tələbələrin universitetdə imza toplamasına mane olub.
“Təəssüf edirəm ki, bu nəhəng milli razılaşmaya qarşı biganəlik var. İndi kəndlərdə idim.
Mənim üçün anlaşılmazdır ki, bələdiyyə nümayəndələri prezidentlə görüşmür, məqsədi bir- Gürcüstanın Avropa yolu olan bu tədbirlərdə diplomatik korpus nümayəndələri iştirak edərkən onlarla görüşmürlər.
Orada başqa heç bir siyasi, bəzi daxili siyasi çağırışlar yoxdur və bura gəlməmək uşaqlar üçün daha pisdir. Məktəbli uşaqları gəlməməklə hədələmək, bunu heç anlamıram.
TDU-nun rektoru tələbələrə stollar açıb çox sadə bir bəyanata imza atmağa imkan vermir. Bundan sadə və qeyri-siyasi heç nə yoxdur və rektor bundan imtina edir, deyir ki, içəridə etmək olmaz, çünki bu, guya hansısa siyasi tədbirdir.
Biz buna öyrəşməliyik ki, siyasət siyasətdir və Gürcüstanın dövlət maraqları başqa şeydir, hər yerdə, hər məkanda azad olmalıdır”, - Zurabişvili bildirib.
Salome Zurabişvili bir ay əvvəl “Səsimiz Avropaya” kampaniyasına başlayıb və petisiya təşəbbüsü ilə çıxış edib, imzalayanlar Gürcüstana namizəd statusu verilməsi üçün Avropa İttifaqı liderlərinə müraciət ediblər. Kampaniya çərçivəsində ölkə başçısı bölgələrdə də görüşlər keçirir.