Baş Prokurorluq “Dağ Xəbərləri” / “Gürcüstan Xəbərləri”nin redaktoru jurnalist Qela Mtivlişvilinin saxlanılması, onun jurnalist fəaliyyətinə qanunsuz müdaxilə və polis tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı Cinayət Məcəlləsinin 154-1 və 333-3b maddələri ilə istintaq aparılan cinayət işində onu zərərçəkmiş şəxs kimi tanıyıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin əməkdaşları Qela Mtivlişvilini 2024-cü il yanvarın 23-də saxlayıblar. O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub. Jurnalist saxlanılarkən Xatiaşvili ailəsinin köçürülməsi prosesini işıqlandırmaq üçün Tbilisiyə, Kekelidze küçəsi N1 ünvanına 2 dəqiqə imişki gedibmiş.
Qela Mtivlişvilinin sözlərinə görə, saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları ona fiziki təzyiq göstərərək polis maşınında onu boğublar. Jurnalistin azadlığı 6 saat məhdudlaşdırılıb, bundan sonra o, imzası əsasında buraxılıb.
Yanvarın 25-də keçirilən məhkəmə iclasında Daxili İşlər Nazirliyi sübut kimi Xatiaşvili ailəsinin Kekelidze küçəsində köçürülməsi zamanı çəkilmiş videonu təqdim edib, lakin, Qela Mtivlişvili həmin vaxt aralığında ümumiyyətlə Kekelidze küçəsində olmayıb. Hakim Nino Şçerbakov saxlanılmada iştirak edən polis zabitlərindən biri, Anri Pxakadzenin yalan ifadəsini bölüşüb.
Məhkəmə iclasında polis bildirib ki, Mtivlişvili onların anasını söyür, yüksək səslə onları qul adlandırır və saxlanılan şəxsi dörd polisin əlindən alıb “əli ilə aralamağa” çalışırmış.
Daxili İşlər Nazirliyi Mtivlişvilinin Kekelidze küçəsində kamera və ya videomüşahidə sistemi tərəfindən çəkilmiş qanun pozuntusunu təsdiqləyən heç bir qeydi məhkəməyə təqdim edə bilməyib. Əvəzində jurnalistin vəkilləri Mariam Pataridze və Vladimer Kutateladze hakimə jurnalistin telefonla çəkdiyi davamlı videonu təqdim ediblər, oradan Mtivlişvilinin polislərlə nəinki fiziki təmasda olduğu, hətta ümumiyyətlə şifahi ünsiyyət qurmadığı, onlardan 3-4 metr aralıda olduğu, heç nə demədiyi və yalnız aksiyada iştirakçılardan birinin saxlanılması prosesini lentə aldığı görünür. Bundan əlavə, jurnalistin vəkilləri tərəfindən iclasa dəvət olunmuş hadisə şahidi Mtivlişvilinin polislərlə ümumiyyətlə ünsiyyət qurmadığını, qəfildən saxlanılaraq aparıldığını məhkəməyə təsdiqləyib. Buna baxmayaraq, jurnalistlərə və mülki fəallara qarşı qərəzli qərarları ilə tanınan və hökumətin xeyrinə qərarlar verən hakim Şçerbakov Qela Mtivlişvilini inzibati xəta törətmiş şəxs kimi tanıyıb və onu 2000 lari cərimələyib. Jurnalist qərardan apellyasiya məhkəməsinə şikayət etsə də, yuxarı instansiya onu dəyişməz saxlayıb.
Jurnalist, elə saxlanıldığı gün qanunsuz saxlanılma, jurnalist fəaliyyətinə mane olma və fiziki zorakılıq faktları ilə bağlı Xüsusi İstintaq Xidmətinə müraciət edib. İstintaq Kekelidze küçəsində yerləşən valyuta köşkünün müşahidə sistemindən Mtivlişvilinin təqsirsizliyini tamamilə sübut edən videoyazı əldə edib.
Həmçinin saxlanılan və Mtivlişvili ilə polis maşınında olan şahid Xüsusi İstintaq Xidmətinə polislərin jurnalistə fiziki təzyiq göstərdiyini təsdiqləyib.
Baş Prokurorluq istintaqın başlanmasından 5 ay sonra Qela Mtivlişvilini zərərçəkmiş kimi tanıyıb.
Qela Mtivlişvili onu qanunsuz saxlayan, jurnalist fəaliyyətinə müdaxilə edən və polis maşınında ona fiziki təzyiq göstərən dörd polisin işdən azad edilməsini tələb edir. Mtivlişvili polisləri məhkəməyə yalan ifadə verdikləri üçün prokurorluğa da şikayət edir. Jurnalist hər iki instansiyanın onun cərimələnməsi ilə bağlı qərarını qanunsuz hesab edir, lakin, bu cür iş üzrə qərarlardan artıq Ali Məhkəməyə şikayət verilmir.
Yaxın günlərdə Sosial Ədalət Mərkəzinin köməyi ilə Qela Mtivlişvili Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Mtivlişvili saxlanılmanın qanuniliyi ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət edib, lakin nazirlik hələlik qərar qəbul etməyib.
Jurnalist qanunsuz saxlanılmasını və polislərin göstərdiyi aqressiyanı Şovi faciəsi ilə bağlı jurnalist araşdırmasının dərcindən sonra hakimiyyətin yüksək vəzifəli məmurlarının ona qarşı səsləndirdiyi nifrət dolu bəyanatlarla əlaqələndirir.
Mayın 14-də qondarma “xarici agentlər” haqqında rus qanununa qarşı Tbilisidə keçirilən dinc nümayiş zamanı parlamentin qarşısında Xüsusi Təyinatlı Dəstənin üzvləri və Xüsusi Təyinatlılar İdarəsinin əməkdaşları Qela Mtivlişvilinin adını və soyadını təhqiredici və alçaldıcı kontekstdə səsləndiriblər və əllərinin fiziki hərəkətləri ilə bir-birlərinə onu işarə ediblər. Həmin vaxt jurnalist Rustaveli prospektində öz peşə fəaliyyətini yerinə yetirirdi.