Prokurorluq təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəyəcəkləri və törətdikləri cinayətləri etiraf edəcəkləri təqdirdə, Kekelidze küçəsində ailənin evdən çıxarılması zamanı saxlanılan Qiorqi Xasaia və Akaki Çikobavanın həbsdən azad edilməsini tələb etməyə hazırdır. Bu barədə işin prokuroru Roin Xintibadze məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbinin əsasını təşkil edən bütün hallar hələ də qüvvədədir. İttiham tərəfi Qiorqi Xasaia və Akaki Çikobava barəsində (bir çox başqa hallar arasında) dəymiş ziyanı qarşılamamaları, törətdikləri cinayəti etiraf etməmələrinə və həmçinin hərəkətin mahiyyətini anlamamalarına görə həbs müddəti tələb edib. Əgər təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyib, törətdikləri cinayəti etiraf etsələr, ittiham tərəfi azadlıqdan məhrum etməni başqa, daha az ağır qətimkan tədbiri ilə əvəz etməyə hazırdır”, - prokuror deyir.
Tbilisi Şəhər Məhkəməsinin hakimi Davit Kurtanidze yanvarın 25-də Tbilisi Dövlət Universitetinin mühazirəçisi Akaki Çikobava və İliya Dövlət Universitetinin doktorantı Qiorqi Xasaia barəsində həbs-qətimkan tədbiri seçib. Onlar qrup halında Milli İcra Hakimiyyəti Bürosuna məxsus avtomobilə qəsdən ziyan vurmaqda ittiham olunurlar ki, bu da 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Prokuror Roin Xintibadzenin sözlərinə görə, müttəhimlərin hərəkəti nəticəsində dövlətə 3380 lari ziyan dəyib.
Prosesdə təqsirləndirilən şəxslər avtomobilə dəymiş ziyana görə təqsirli olduqlarını etiraf ediblər, lakin, qrup halında hərəkət etmələrini inkar ediblər. Eyni zamanda, onlar Milli İcra Hakimiyyəti Bürosuna təzminat ödəməyə hazır olduqlarını bildiriblər.
Müdafiə tərəfi hakim Davit Kurtanidzenin qərarından apellyasiya şikayəti verib. Vəkil Quram İmnadzenin sözlərinə görə, şikayət şəhər məhkəməsinə cümə günü, yanvarın 26-da verilsə də, apellyasiya məhkəməsinə göndərilməyib.
“Bizim gözləntimiz odur ki, bu həftəyə çatdırılacaq, amma hansı gün olduğunu bilmirik. Biz artıq ümid edirik ki, apellyasiya məhkəməsi öz mövqeyini dəyişəcək”, - İmnadze bildirib.
Yanvarın 23-də polis Xatiaşvili ailəsinin evdən çıxarılmasına qarşı keçirilən aksiyada ümumilikdə 20 nəfəri saxlayıb. Onlardan 18-i inzibati qaydada, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamı ilə saxlanılıb. Məhkəmə saxlanılanların bəzilərini qanun pozucuları kimi tanıyıb və 2000-2000 lari məbləğində cərimə kəsib. Məhkəmə prosesləri hələ tamamlanmayıb.