Qazaxıstan Daxili İşlər Nazirliyi Almatı şəhərində internet fırıldaqçılarının zəng mərkəzini aşkar edərək, 24 Gürcüstan vətəndaşını saxlayıb. Yerli KİV-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Kriminal Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin rəisi Jandos Suyunbai məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyi Gürcüstan vətəndaşlarının həbsi ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Suyunbai brifinqdə bildirib ki, ilin əvvəlindən 4000-dən çox internet fırıldaqçılığı halı qeydə alınıb və vətəndaşlar fırıldaqçıların əməlləri nəticəsində 3 milyard qazax tenqesindən çox, yəni təxminən 6 603 885 ABŞ dolları itirib.
Ən çox yayılmış fırıldaq növü onlayn alış-verişdir. Bununla belə, Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşının dediyi kimi, son bir neçə ayda investisiya fırıldaqları hallarında artım müşahidə olunub. Fırıldaqçılar tez-tez bank və ya hüquq-mühafizə orqanı əməkdaşının adı ilə vətəndaşlara zəng edərək onların şəxsi məlumatlarını öyrənməyə çalışırlar.
Qazaxıstan Daxili İşlər Nazirliyi aprelin 18-dən aprelin 20-dək bütün ölkə miqyasında dələduzluğa qarşı əməliyyat-profilaktik tədbir keçirib. Dələduzluqda ittiham olunanlar Astana və Şimkentdə də saxlanılıb. Polisin məlumatına görə, fırıldaqçılar Şimkent şəhərində “Health Time” dərman şirkətinin müştəri bazasını oğurlayıblar. Bazadaki şəxslərə zəng edib, maşın udduqlarını deyib, vergi ödətdirirmişlər. Məbləğ 1Xbet mərc şirkətinin hesablarına köçürülürmüş və fırıldaqçılar onu oradan çıxarırmışlar.
Aprelin əvvəlində Britaniya Yayım Korporasiyası BBC sıravi insanların “milyard dollardan çox pulunu talan edən” qlobal fırıldaqçılıq şəbəkəsi ilə bağlı jurnalist araşdırmasını dərc edib. Saxta zəng mərkəzləri Kiyev və Tbilisidə yerləşirdi. Jurnalist araşdırmasına görə, bu işlə Gürcüstanın keçmiş müdafiə naziri, biznesmen və “Formula” televiziya şirkətinin təsisçisi Davit Kezeraşvilinin əlaqəsi var. Kezeraşvili özü deyir ki, ona qarşı ittihamlar böhtandır və istintaq materialında bir sıra faktlar bilərəkdən təhrif olunur. O, məhkəməyə müraciət etmək niyyətindədir.
Tbilisidə “fırıldaqçı zəng mərkəzləri”nin aşkar edilməsi məqsədilə, o cümlədən Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə bir neçə dəfə xüsusi əməliyyat keçirilib. Gürcüstan Baş Prokurorluğunun bəyanatına görə, mütəşəkkil cinayətkar dəstənin rəhbərləri və onlarla üzvü həbs edilib, cinayətdə iştirak edən hüquqi şəxslərə qarşı cinayət təqibi başlanıb.