Gürcüstanda yağan güclü yağışdan sonra Qelati monastır kompleksinin əsas məbədi olan Məryəmin Doğuş kilsəsində yaranmış vəziyyət suallar doğurur. Qurbangahın üzərindəki müvəqqəti qalay damı demək olar ki, bir aya yaxındır ki, söküldüyünə görə, mütəxəssislər suyun məbədin içərisinə sızmasından və konçun altındakı 12-ci əsrə aid unikal mozaikaya daha çox ziyan vurmasından ehtiyat edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Suyun sızıb-sızmaması barədə təsdiqlənmiş məlumat yoxdur. Qelatidən yayılan damın fotoşəkillərini rəhbər tuturuq. Təxminən bir aya yaxın idi ki, qurbangahın konçunu örtən müvəqqəti qalay damı söküldü. Nə üçün söküldüyünü bilmirik. Mozaikanın yerləşdiyi kirəmitin zədələndiyi və su sızdığı təsdiqlənib. Bütün bu bir ay ərzində dəfələrlə yağış yağdı və yəqin ki, su içəri daxil oldu, çünki kirəmit zədələnib və başqa qorunma vasitəsi yox idi”, – Qiorqi Çubinaşvili adına Gürcüstan İncəsənət Tarixi və Abidələrin Mühafizəsi üzrə Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, incəsənətşünas Maka Bulia deyir.
Qelati ilə bağlı tənqidi hesabatın müəllifi olan Çubinaşvili Mərkəzi proseslərdən kənarda qalıb. Mərkəzin əməkdaşları Qelatidə sonuncu dəfə fevral ayında olublar. Məryəmin mozaikasında duzlanma ocaqlarını, həmçinin rütubət və aşınan daşları müşahidə ediblər.
“Komitə ictimaiyyəti məlumatlandırmaq və bütün qərarları əsaslandırmaq məcburiyyətindədir. İnformasiya çatışmazlığından yaranan bu qalmaqal aradan qaldırılmalıdır.
Aydındır ki, orada gedən proseslərə komitə cavabdehdir, eyni zamanda, Qelatidəki prosesi onun YUNESKO-nun siyahısında olan abidə olduğu üçün beynəlxalq standartlara uyğun aparılması ölkəmizin bütün vətəndaşlarının üzərinə düşür. Komitə öz qərarlarını izah etməli, vəziyyətin necə olduğunu söyləməli, mozaikanın ən yeni fotolarını ictimaiyyətə açıqlamalıdır”, - Maka Bulia deyir.
Mozaika üzrə mütəxəssis, Roma Arxeologiya və Konservasiya İnstitutunun direktoru Roberto Nardi iyulun əvvəllərində mozaikaların acınacaqlı vəziyyətindən danışıb. Qelati Reabilitasiya Komitəsi tərəfindən yayımlanan videoda o, mozaikanın 89%-nin təməlindən qopduğunu və artıq orijinal yerində olmadığını bildirib. “Bütün araşdırmalar və tədqiqatlar göstərir ki, bu mozaika heç bir əlavə təsirə tab gətirmək qabiliyyətinə malik deyil. Bu, zəlzələ və ya müxtəlif hərəkətlərin törətdiyi hər hansı bir oynama ola bilər”, - italiyalı mütəxəssis bildirib.
“Faktiki olaraq, biz olduqca yağışlı keçən bütün ay ərzində Qelatini qurban verdik. Aparıcı mütəxəssislərdən unikal mozaikanın 80%-nin zədələndiyi barədə hesabatlar gəlir. Deyirlər ki, bu mozaika ümumiyyətlə sökülməməlidir. İndi həyəcan təbili çalınmalıdır”, - Mədəni İrs və Ətraf Mühitin Tədqiqatları Mərkəzinin direktoru Nikoloz Vaçeişvili deyir.
Qelati Reabilitasiya Komitəsinin sədr müavini Arximandrit Kirioni (Oniani) qalay damın sökülməsi nəticəsində məbədə suyun daxil ola biləcəyi barədə məlumatı əsassız adlandırır. Onun sözlərinə görə, son aylarda “mozaikanın vəziyyəti elə də dəyişməyib”.
“Mən başa düşə bilmirəm ki, biz gürcülər nə istəyirik – Qelatini tək damla örtməliyik?! Bunu bizə YUNESKO deyir və biz həyata keçiririk. Tağın damını dəstəkləyən dirəkləri çıxarmaq lazım idi. Biz yalnız tağı (mozaikaların olduğu yer) qalayla örtdük, bu qaçılmaz idi, çünki o, tamamilə, 100% xarici dirək tərəfindən dəstəklənirdi. İşlərin başlanmasından düz iki həftə sonra heç yağış yağmadığı bir vaxtda, oranı xüsusi üzlük materialı ilə örtdük. Tağ bölməsi qorunur - yanlardan bir neçə damcı düşə bilər. Bundan əlavə, abidənin tədqiqi tarixində tağın infiltrasiyası keçirdiyi, yəni bu üst-üstə düşmənin normal olduğu müşahidə olunmamışdır.
Biz onilliklər ərzində bu işdə olan və mozaikanı kritik vəziyyətə gətirən insanlarla danışırıq. Əgər biz çatmasaydıq, mozaikanı xilas etmək mümkün olmayacaqdı, o, yıxılacaqdı”, - Arximandrit bildirib.
Mozaikanın sökülməsinə gəlincə, Kirionun sözlərinə görə, indiki mərhələdə bu məsələ müzakirə olunmur: “Əgər Roberto Nardi desə ki, mən mozaikanı xilas etməyim üçün, onu sökmək, əsası işləmək lazımdır, sonra geri yapışdıracağam, deməli, yəqin ki, bu belədir amma bu adam heç vaxt deməyib ki, mozaika sökülmlidir və başqa yol yoxdur. Xeyr! Bu adam deyir ki, mən hər şeyə nəzarət edirəm, heç nəyi istisna edə bilmərəm, amma araşdırmanı bitirənə qədər heç nə sübut edə bilmərəm”.
Qelati monastır kompleksinin reabilitasiyası Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib, lakin 2023-cü ilin fevral ayının sonunda agentlik işi Patriarxlığa təhvil verib və nəticədə Qelatinin reabilitasiyası üzrə müvəqqəti komitə yaradılıb. Buna səbəb Patriarxlığın Qelati monastrının 21-ci əsr böhranının 2015-2019-cu illərdə aparılan reabilitasiya işləri nəticəsində başlaması, 2021-ci ildə isə divar rəsminin ağır vəziyyətdə olması barədə bəyanatı olub.