Qeno Petriaşvili Paris Olimpiadasında qızıl medal qazanıb

Sərbəst güləşçi Qeno Petriaşvili (125 kq) Paris 2024 Olimpiadasında qızıl medal qazanıb. O, finalda iranlı rəqibi Əmir Hüseyn Zareni 10:9 hesabı ilə məğlub edib. Bundan əvvəl Petriaşvili yarımfinalda Azərbaycan adından mübarizə aparan Qiorqi Meşvildişvili ilə qarşılaşıb və ona 7:0 hesabı ilə qalib gəlib.

Qeno Petriaşvili Rio-2016 Olimpiya Oyunlarında bürünc, Tokio 2020 Olimpiadasında isə gümüş medal qazanıb. O, həm də üçqat dünya və ikiqat Avropa çempionudur.

“Emosiyalarımı necə ifadə edəcəyimi bilmirəm. Mən indi yatıram və elə bilirəm yuxudayam, oyandırmayın. Azarkeşlər, hər kəsə tək-tək təşəkkür edirəm. Sakitləşəndə ​​sizə daha ətraflı danışacam. Allaha şükür! Qayıtdım, həm də əla qayıtdım!”, - Olimpiadada Gürcüstana ikinci qızıl medalı gətirən Petriaşvili qələbədən sonra bildirib.

Hazırda Gürcüstanın üç qızıl, iki gümüş və bir bürünc medalı var. Üçüncü qızılı ağır atletika üzrə Laşa Talaxadze qazanıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur