Qılıncoynatma Federasiyası Bazadzenin uduzması ilə bağlı beynəlxalq təşkilata şikayət ünvanlayıb

Gürcüstan Qılıncoynatma Federasiyası Paris Olimpiadasında qılıncoynadan Sandro Bazadzenin hakim tərəfindən, ehtimal olunan ədalətsizcə uduzdurulması ilə bağlı Beynəlxalq Qılıncoynatma Federasiyasının Hakimlər Komissiyasının prezidentinə şikayət məktubu göndərib. Federasiyadan verilən məlumata görə, məktubda Sandro Bazadzeyə qarşı iddia edilən haqsızlığın baş verdiyi bütün hallar qeyd olunub.

“Cəmiyyətin böyük bir hissəsi hesab edir ki, Sandro Bazadze, güman ki, Paris Olimpiadasında hakimlər tərəfindən sıxışdırılıb. Bunu həm Federasiya, həm də qılıncoynatma sahəsində məlumatlı olan hər bir şəxs bölüşür

Qeyd etmək istərdik ki, təkcə həlledici xal yox, Sandronun rəqibə vurduğu 5 zərbə də rəqibə yazılıb.

Müvafiq olaraq, federasiya şikayət məktubu hazırlayıb və Beynəlxalq Qılıncoynatma Federasiyasının Hakimlər Komissiyasının prezidentinə göndərib”, - Qılıncoynatma Federasiyasından bildirilib.

Gürcüstanlı qılıncoynadan Sandro Bazadze Parisin ev sahibliyi etdiyi XXXIII Olimpiya Oyunlarında mübarizəni başa vurub. 1/8 finalda onun rəqibi misirli Məhəmməd Amer olub və hakimin qərarına əsasən, o görüşdə 15:14 hesabı ilə qalib gəlib.

İyulun 27-də Olimpiadada dörd gürcü idmançı mübarizə aparıb. Onlardan üçü - cüdoçu Qiorqi Sardalaşvili, üzgüçü Ana Nijaradze və qılıncoynadan Sandro Bazadze oyunlar vida edib. Güllə atıcısı Nino Salukvadzenin hələ də medal qazanmaq şansı var.

Gürcüstan 2024-cü il Paris Olimpiadasında 28 idmançı ilə iştirak edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur