Qiorqi Çakvetadze və Tengiz Şarmanaşvili “Gürcü Arzusu”nun siyahısı ilə parlamentə daxil olacaqlar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan parlamentində Giorgi Amilaxvari və İrakli Kovzanadzeni Qiorqi Çakvetadze və Tengiz Şarmanaşvili əvəz edəcək. Amilaxvari təhsil və elm naziri təyin edilib, İrakli Kovzanadze isə deputat mandatından imtina edib.

Giorgi Çakvetadze 2021-ci ildə yerli özünüidarəetmə orqanları seçkiləri nəticəsində Tbilisi bələdiyyə məclisinin üzvü olub və bu günədək İdman və Gənclərlə İş üzrə Komissiyanın sədri vəzifəsini icra edib. O, 2020-ci il parlament seçkiləri üçün hakim partiyanın proporsional siyahısında 65-ci olub.

Tengiz Şarmanaşvili dördüncü çağırış Gürcüstan parlamentində (1995-1999) “Milli-Demokrat Partiyası”nı təmsil edib. 2011-2016-cı illərdə Gürcüstanın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb, 2016-cı ildən isə parlament sədrinin müşaviri vəzifəsində çalışır.

Baş nazir İrakli Ğaribaşvili martın 20-də Qiorqi Amilaxvarini Gürcüstanın təhsil və elm naziri vəzifəsinə təqdim edib. Amilaxvari 2022-ci ildən parlamentin Təhsil və Elm Komitəsinin sədri idi.

Martın 7-də keçirilən plenar iclasda “xarici təsir agentləri” haqqında rus qanun layihəsinin birinci dinləmədə qəbulunu dəstəkləməyən Maliyyə və Büdcə Komitəsinin sədri İrakli Kovzanadze deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi xahişi ilə parlamentə müraciət edib. Kovzanadze iclasda iştirak etmirdi. Parlamentin sədri Şalva Papuaşvilinin sözlərinə görə, İrakli Kovazanadzenin mandatdan imtina qərarı “xarici təsir agentləri haqqında” rus qanunu ilə bağlı qəbul edilmiş qərarla əlaqəli deyil.

Parlament üzvü səlahiyyətlərinə xitam verilməsini istəyini “Gürcü Arzusu”nun digər deputatı Vladimir Çaçibaia da ifadə edib. O, səsvermədə iştirak etsə də, rus qanununun qəbulunu dəstəkləməyib.

Artıq bir neçə gündür ki, “Gürcü Arzusu”nun rus qanununun qəbuluna səs verməyən deputatlardan deputat mandatının tərk edilməsini tələb etdiyi barədə məlumatlar yayılır. Bu deputatlar arasında Kovzanadze və Çaçibayadan başqa, Nino İobaşvili, Davit Serqenko, Qiorqi Xelaşvili və Elquca Qotsiridze də var. İrakli Medzmariaşvili və Ketevan Dumbadze də rus qanununun qəbulunu dəstəkləməyiblər, lakin, səsvermədən bir neçə saat sonra onların hər ikisi qanun layihəsinə səs verdiklərini, lakin texniki xətayə görə səhv əks olunduğunu bildiriblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur