“Qirçi Daha Çox Azadlıq” və “Droa” partiyaları seçki birliyi yaradırlar. “Bizi rus rejimi ilə sıfır əməkdaşlıq birləşdirir; gələcəyə aydın baxış; birpartiyalı Sovet sistemini müasir, Qərb tipli koalisiya hökuməti ilə əvəz etmək motivasiyası. Biz Gürcüstan vətəndaşları üçün normal seçim yaradırıq”, - “Droa”nın yaydığı bəyanatda deyilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2024-cü ilin oktyabrında Gürcüstanda ilk dəfə olaraq tam proporsional qaydada parlament seçkiləri keçiriləcək. Parlament üzvlərinin mandatları seçkilərdə iştirak edən seçicilərin ən azı 5 faizinin real səsini toplayan siyasi partiyalara bölüşdürüləcək.
2022-ci ilin oktyabrında üç müxalifət partiyası - “Qirçi - Daha Çox Azadlıq”, “Droa” və “Strategiya Ağmaşenebeli” Avropa İttifaqına namizəd statusu almaq və “Gürcü Arzusu”nu məğlub etmək üçün birləşdi. “Biz bu çıxılmaz vəziyyətdən çıxış yolunu həm fəaliyyət planı baxımından, həm də siyasi, qeyri-siyasi, Avropayönlü b[ywk bütövlükdə görürük. Başqa yol yoxdur və Qərb tərəfdaşlarımız bunu gözləyir, lakin bunu ilk növbədə gürcü xalqımız gözləyir”, -“Strategiya Ağmaşenebeli”nin lideri Qiorqi Vaşadze bildirib.
20 iyul 2023-cü ildə “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” yeni siyasi platforma yaradıb.
2020-ci il parlament seçkilərində “Qirçi” partiyası seçicilərin 2,89 faizini (55 598 səs), “Strategiya Ağmaşenebeli” 3,15 faizini (60 671 səs) toplayıb.