İşğal olunmuş Abxaziyanın de-fakto Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının Milli Qvardiyası (“Rosqvardiya”) ilə əməkdaşlıq haqqında saziş imzalamaqdan imtina edib. Qondarma müxalifət partiyaları və vətəndaş təşkilatları “antimilli təşəbbüs kimi tanınan sənədə qarşı çıxırdı.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz vətəndaşların bütün hiss və narahatlıqlarını bölüşürük. Bununla əlaqədar, Daxili İşlər Naziri kimi məsuliyyətlə bildirirəm ki, bizim qurumda, eləcə də ölkənin bütün rəhbərliyində öz peşə fəaliyyətini Abxaziya dövlətinin milli maraqları və ya vətəndaşlarımızın maraqları ziyanına həyata keçirməyə hazır olan şəxslər yoxdur”, - De-fakto daxili işlər naziri Robert Kiut bildirib.
Onun sözlərinə görə, mövcud konstitusiya və qanunvericilik Abxaziyada ictimai təhlükəsizliyin və asayişin xarici dövlətin güc strukturları tərəfindən təmin edilməsinə imkan vermir:
“Respublikanın Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının ictimai asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, terrorizm və ekstremizmə qarşı mübarizə, silah ticarəti sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin əmlakının mühafizəsi və cinayətə qarşı güc dəstəyi tədbirlərinin təmin edilməsi sahəsində kifayət qədər kadr potensialına malikdir”.
Qondarma, işğal olunmuş Abxaziya Daxili İşlər Nazirliyinin “Rosqvardiya” ilə saziş imzalamağa hazırlaşdığı haqda məlumat fevralın 9-da dərc olunub. Abxaziya mətbuatı sazişin layihəsini dərc edib ki, ona əsasən əməkdaşlıq Abxaziya ərazisində ictimai asayişin təmin edilməsini, fiziki və hüquqi şəxslərin mülkiyyətinin qorunmasını əhatə edirdi.
Qondarma müxalif siyasi partiyaların və vətəndaş təşkilatlarının bidirdiyinə görə, saziş imzalanacağı təqdirdə Rusiyanın güc strukturlarına Abxaziyanın daxili siyasi işlərinə birbaşa müdaxilə etmək imkanı veriləcəkdi.
“Qonşu dövlətin Milli Qvardiya qoşunlarının Abxaziyada nizam-intizam yaratmağa başlayacağı saziş təkcə ölkəmizin müstəqilliyinə zərbə deyil, həm də 30 ildə əldə etdiyimiz hər şeyin üzərindən xətt çəkəcək. Milis funksiyalarını əcnəbilərə təhvil verəcəyik. Bu, vətənə xəyanətdən daha artığıdır”, - Abxaziyanın de-fakto parlamentinin keçmiş deputatı Almas Ardzinba bildirib.
Sazişin imzalanmasının əleyhdarları de-fakto daxili işlər nazirinin istefasını tələb ediblər.