Qoridə xüsusi təyinatlıların zabiti tərəfindən döyülən 51 yaşlı kişi dünyasını dəyişib

Prokurorluğun təsdiq etdiyi kimi, həmkəndlisi, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlılar İdarəsinin müfəttişi Demetre Revazişvilinin ciddi həyati təhlükə kəsb edən xəsarətlər yetirdiyi Ateni kənd sakini, 51 yaşlı Revaz Mixanaşvili Qori hərbi hospitalında dünyasını dəyişib.

Revaz Mixanaşvili iyulun 29-da döyülüb. Xəstəxanaya yerləşdirildikdə onun vəziyyəti ağır kimi qiymətləndirilirdi. O, kəllə-beyin travması almışdı.

Avqustun 2-də keçirilən iclasda Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mçedlişvili 31 yaşlı Demetri Revazaşvili barəsində həbs qətimkan tədbiri seçilməsinə qərar verib. Revazaşvili təqsirini boynuna almır.

Eyni iş üzrə daha bir şəxs - axtarışda olan İoseb Barjadze təqsirləndirilir. Prokurorluq əvvəlcə onu cinayət barədə məlumat verməməkdə ittiham etsə də, sonradan onu qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham edib. İstintaq nəticəsində əldə edilən yeni sübutlarla müəyyən edilib ki, Demetre Revazaşvili və İoseb Barjadze “qrup halında baş və bədən nahiyəsinə ağır, həyati təhlükə kəsb edən xəsarətlər yetiriblər”. Təqsirləri sübuta yetirilərsə, onları 9 ildən 13 ilə qədər həbs gözləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur