“Tiflisdən yazmaq asandır ki, bizdə qəbilə qanunları var və bununla da dağlıları təhqir etmək olar. Guya əcnəbilərin boğazını kəsəcəyimizlə, onlara hücum edəcəyimizlə hədələyirik, amma yerli sakinlərdən soruşmayın ki, niyə dövlətdən bu problemi həll etməyi tələb edirik. Mtiuletidə yaşayan bizlərin təcrübəmiz də var, təlimatçı sertifikatımız da var, sözdə təlimatçıların kütləvi axınına görə işsiz və gəlirsiz qalmayacağıq, biz də buradan ayrılıb mühacirətə getməyə məcbur olmayacağıq”,
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
- 50 yaşlı Anzor Bedoidze Duşeti bələdiyyəsinin Bedoni kənd sakinidir. Onun dörd övladı var. Ailənin gəliri onun Qudauridə təlimatçı olaraq aldığı maaşdan gəlir. Mtiuleti kəndlərindən - Bedoni, Mleti, Araxveti, Seturi, Kveşeti, Jaqmiani, Zakatkari, Kaişauri, Fasanauri, Qudauri, Xadi vadisindən, həmçinin Kazbeqi kəndlərinin gəncləri də ilin bütün fəsillərində paraplançı işləyir, qışda isə 70-ə yaxın gənc xizək üzrə təlimatçı kimi işə götürülürdü.
Dağ-xizək kurortu, Qudauri Gürcüstanda turistlər üçün ən çox axtarılan yerlərdən biridir. 2018-2019-cu ilin qış mövsümündə Gürcüstanın dağ kurortlarının 603.253 ziyarətçiləri olub ki, onların da ən böyük payı Qudauriyə düşür.
2022-ci il iyulun 29-da sərhəd polisinə məxsus helikopter Qudauridə xilasetmə əməliyyatı zamanı qəzaya uğradıqdan və göyərtəsində olan səkkiz nəfərin hamısının həlak olmasından sonra daxili işlər naziri təkcə Qudauridə deyil, bütün Gürcüstanda yamac paraşütünə qadağa qoyub. Ölkədə 250-dən çox yamac paraşütçusu işsiz qalıb, onlardan azı yüz nəfəri Qudauridə işləyirdi. Xizək idmanı üzrə təcrübəsi olan və birinci səviyyəli hazırlıq kursunu bitirənlərin bir çoxu xizək üzrə təlimatçı kimi işləməyə davam etməyə çalışıblar.
Bu il Qudauridə xizək mövsümü yanvarın 11-də açılıb. Süni qar nəticəsində cəmi iki xizək yolu işləyir. Qar olmadığından kurortda nisbətən az ziyarətçi olur, təlimatçılar isə çoxdur. Gürcü və əcnəbi məşqçilər arasındaki münaqişə, hansı ki, bu il başlamamışdı, ancaq indi şiddətləndi və medianın diqqətini çəkdi və hətta Avstraliyaya qədər çatdı.
“Facebook”da 4 milyondan çox izləyicisi olan və Avstraliyanın ən etibarlı media qurumu kimi göstərilən ABC NEWS xəbər verir ki, bəzi avstraliyalılar da daxil olmaqla onlarla əcnəbinin Şərqi Avropadakı xizək kurortunda işləməsinə imkan verilmir.
“Beynəlxalq müəllimlər nə vaxt dərs demək istəsələr, o həddə qədər zorakılığa məruz qalırdılar ki, artıq dərs deyə bilməyəcəklər. Bizi fiziki olaraq qorxudurlar, hədələyirlər, biletlərimizi əlimizdən almağa çalışırlar, avadanlıqlarımızı əlimizdən alırlar və müştərilərə dərs keçməyə imkan vermirlər. Son günlər vəziyyət daha da pisləşib”, - ABC xizək məktəbinin baş təlimatçısı Tristram Toddun şərhlərinə istinad edərək, Qudauridəki 100-ə yaxın xarici təlimatçı üçün faydalı bir həll tapılacağına dair nikbin gözləntilərinin olmadığını deyir:”Bu gülünc vəziyyətə görə insanların yaxın illərdə bura gəlməyə qərar verəcəyini düşünmürəm”.
ABC yazır ki, beynəlxalq təlimatçılar da yerli polisə müraciət ediblər, lakin bu da, vəziyyəti həll etməyib. Bundan əlavə, səfirliklərə də məktublar göndəriblər. “Hamımız narahatıq, çünki qanuni işləmək hüququmuza və beynəlxalq səviyyədə tanınmış kvalifikasiyamıza baxmayaraq, bu ölkədə işləməyə davam etsək, təhlükəsizliyimizin zəmanəti yoxdur”.
Yanvarın 14-də yayımlanan videoda polşalı təlimatçı deyir ki, gürcülər qondolanın girişini bağlayıb və onu içəri buraxmayıblar. Videodan görünür ki, əcnəbi təlimatçılar kömək üçün yaxınlıqdakı polisə müraciət ediblər:
Təlimçi: Bağışlayın, mənə hücum edirlər (ingilis dilində deyir).
Polis: Rus dilində danışın.
Təlimçi: Sizinlə ingilis dilində danışa bilərəm, bu beynəlxalq dildir.
Polis: Rus dilində danışın.
Təlimçi: Rus dilində mən də danışıram. (rusca danışmağa başlayır) Oğlanlar orada mənə hücum etdilər, qondolanın yanında, 4-5 nəfərdir.
Polis: Nə dedilər, vurdular?
İkinci epizoda görə əcnəbi təlimatçı onu qondolaya buraxmayan gürcülərə xizək keçidinin pulunu ödədiyini, Ədliyyə Evində sahibkar kimi qeydiyyatdan keçdiyini, kirayə mənzil tutduğunu və işləmək istədiyini bildirir.
-Tək qalxıb sürüşə bilərsən - gürcü təlimatçı ona cavab verir.
-Hə, amma nə problemdir? Burada işləməyi nəzərdə tuturam.
- Tək gedib sürüşə bilərsən, aydındır?
- Bəs müştərilərlə birlikdə sürüşsəm nə olacaq ki?
- Burada işləyə bilməyəcəksən.
- Niyə? İzah edin mənə. Mənim hökumətdən, Ədliyə Evindən qanuni icazəm var. Qaydalara tabe olmalısınız.
İsraildən Gürcüstana turist gətirən Eliot Berkoitz sosial şəbəkədə yazır ki, "yerli əhalinin dəstələri tərəfindən hücuma məruz qalırıq və yerli olmayan xizək təlimatçılarının işlərini yerinə yetirməsinə mane olurlar".
“Gudauri xizək kurortu dünyada xizək sürməyi ən çox sevdiyim yerlərdən biridir. Gürcüstan hakimiyyəti və polisi oradakı problemləri yaxşı bilir, amma heç nə etmir. Onların cavabı belədir – “burada dərs demək üçün sizə yerli təlimatçı lisenziyası lazımdır” və “biz ayrı-ayrı şəxslərin hərəkətlərinə nəzarət edə bilmirik”. Hökumət heç bir qeyri-vətəndaşa imtahan vermək hüququ vermir. Ona görə də beynəlxalq lisenziyalardan başqa, hansı ki, bu hamıda var heç nə ala bilmir onlar. Dağ Yolları Agentliyinin rəhbərliyi ilə danışdım, dedilər ki, heç nə edə bilməzlər. Polislər yerli dəstə üzvlərini qucaqlayır və zorakılığın qarşısını almaq üçün barmağını belə qaldırmırlar.
Çoxsaylı xizək turlarımla Qudauriyə və ümumilikdə Gürcüstan iqtisadiyyatına hər il təxminən 500.000 ABŞ dolları gəlir gətirirəm. Həmçinin “SkiDeal” yüzlərlə qonaq göndərir. Onların ortaq nə cəhətləri var? Gürcü dilində danışa bilmirlər və ingilis və ya ivrit dilini bilən təlimçiyə ehtiyac duyurlar. Yerli təlimatçılar arasında bəlkə də 10-u ingilis dilində danışır. Xarici təlimatçılar və təhlükəsizlik hissi olmasaydı, işimi başqa yerdə görməyə məcbur olardım. Düşünmürəm ki, minlərlə qonağı birdən itirmək iqtisadiyyat üçün yaxşı deyil, xüsusən də kurortların tikintisinə milyardlar xərclənəndə”.
Daxili İşlər Nazirliyindən Qudauridə baş verən hadisələrlə bağlı araşdırılmanın başlanılıb-başlanılmamasını soruşduq. Nazirlikdən cavab almadıq, lakin bu faktlar mətbuatda yayıldıqdan sonra yanvarın 18-də Qudauri polisi hadisənin bir neçə iştirakçısını dindirib. “Biz yalnız kanat yollarının və xizək yollarının baxımı ilə məşğuluq”, - Dağ Yolları Agentliyinin mövqeyi bu cürdür. Qurum İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə məxsusdur.
Dördüncü ildir ki, “Qudaura” xizək məktəbinə rəhbərlik edən və hazırda 10 gürcü təlimatçısı olan Şalva Abramişvili kurortdakı problemin əsas səbəbi kimi nəzarətsizliyi görür.
“Qudauridə 150 gürcü təlimatçımız olacaq, o qədər də əcnəbi. Eyni zamanda kurorta yüzdən çox əcnəbi təlimatçı əlavə olunub. İsraildən, Rusiyadan kifayət qədər böyük axın var. Rus məktəbi öz müəllimlərini gətirdi, avadanlıq da gətirdi, yeməyi də özləri hazırlayırlar, sürücü də Rusiyadandır, yalnız kirayə evləri var. Ölkəmiz nə ilə faydalanır? Heç kimi işə götürmür. Onların reklam baxımından daha çox resursları var, saytları var, sosial şəbəkələrə daha çox pul xərcləyirlər. Qudauridə təlimatçının gündəlik əmək haqqı 300-500 lari arasındadır. Buna görə gəlirlər. Onlar heç kimin kvalifikasiyası ilə razılaşmırlar.
Söhbət Qudauridə əcnəbi təlimatçıların işləməməsindən getmir, amma heç nəyə nəzarət olunmadığından, dövlət heç kimdən heç nə tələb etmədiyindən, gürcü təlimatçıları xarici təlimatçılar və daha böyük resurslara malik məktəblər qarşısında rəqabətsiz bir mühitə düşdülər. İnsanlar yaşamaq hüquqları uğrunda mübarizəyə başladılar.
Həll yolu ondan ibarətdir ki, bu, qanunvericiliklə tənzimlənməlidir”.
Parlamentin hələ müzakirəyə başlamadığı “Turizm haqqında” yeni qanunda turizm sahəsində bir sıra tənzimləmələr nəzərdə tutulub. Turizm fəaliyyəti subyektlərinin, o cümlədən bələdçilərin iqtisadi fəaliyyət reyestrində qeydiyyata alınması məcburi olacaq. Dağ, xizək və alp bələdçiləri daha sertifikatsız şəkildə turistlərə xidmət göstərə bilməyəcəklər. Hökumətin qərarı ilə müəyyən edilmiş yerlərdə turist bələdçisi kimi işləmək hüququ yalnız rəsmi nişanı olan şəxslərə veriləcək. İxtisas sənədi olmayan şəxs bu vəsiqəni ala bilməyəcək. Qanun layihəsində müəyyən edilmiş tələblərin pozulmasına görə 3000 lariyə qədər cərimə nəzərdə tutulur.