Ərdoğan məğlubiyyətini etiraf etdi, Türkiyənin ən böyük şəhərlərində seçkiləri müxalifət qazandı

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Türkiyənin ən böyük şəhərlərində - İstanbul, Ankara və İzmirdə bələdiyyə seçkilərində Türkiyənin ana müxalifəti Xalq Cümhuriyyət Partiyası qalib gəlib. Bülletenlərin 99,82%-inin sayılmasından sonra Xalq Cümhuriyyət Partiyası 37,74%, hakim Ədalət və İnkişaf Partiyası isə 35,49% səs toplayıb.

Bu, Ədalət və İnkişaf Partiyasının son iki onillikdə ən ağır məğlubiyyətidir. Partiyanın lideri və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, seçkilərin nəticələri son deyil, dönüş nöqtəsidir.

“Əvvəla, seçki marafonunun qalibi namizədlər deyil, siyasi mənsubiyyətindən asılı olmayaraq, Türkiyədir, ölkənin 85 milyon vətəndaşıdır. 1994-cü ildə İstanbul bələdiyyə sədri seçilən Ərdoğan “Təəssüf ki, 28 may seçkilərindəki qələbəmizdən 9 ay sonra yerli seçki testində istədiyimiz nəticələri ala bilmədik” deyib.

Bazar günü səsvermə başa çatdıqdan sonra İstanbulun Cümhuriyyət Xalq Partiyasından yeni seçilmiş bələdiyyə sədri Əkrəm İmamoğlu hakim partiyanın namizədini bir milyondan çox səs fərqi ilə məğlub etdiyini bildirib. Nəticələrə görə, o, 51% səs toplayıb

“Millətin mesajına qulaq asmayanlar sonda uduzacaqlar. Bu gecə İstanbulun 16 milyon vətəndaşı həm rəqiblərimizə, həm də prezidentə mesaj göndərdi”, - keçmiş iş adamı İmamoğlu minlərlə tərəfdarı qarşısında çıxışında deyib. O, 2008-ci ildən siyasətlə məşğuldur və növbəti prezident seçkilərində müxalifətin əsas namizədlərindən biri hesab olunur.

Paytaxt Ankarada hazırkı bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının üzvü Mənsur Yavaş (60,35%), İzmirdə isə yenə həmin partiyanın namizədi Cəmil Tuqay (48,90%) qalib gəlib.

Martın 31-də keçirilən seçkilərdə 61 milyondan çox seçici iştirak edib. Ölkə üzrə 206 845 seçki məntəqəsi açılıb. Seçici fəallığı 78,53% təşkil edib.

“Anadolu” dövlət xəbər agentliyinin məlumatına görə, Cümhuriyyət Xalq Partiyası 81 əyalətdən 36-da qalib gəlib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur