Rikoti magistralında sürüşmə yamacını gücləndirmək üçün 64 milyon lari ayrılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avtomobil Yolları İdarəsi Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometrliyində, Rikoti magistralına bitişik ərazidə baş verən sürüşmə yamacının möhkəmləndirilməsi üçün 63 908 792 lari dəyərində tender elan edib.

Mühəndis-layihə hesabatına əsasən, sürüşmə yamacı metal ankerlərlə və yüksək dartılmaya davamlı məftillə möhkəmləndirilməlidir. Yeraltı suların çıxarılması üçün drenajlar təşkil edilməlidir. Layihə həmçinin dənli material və yuxarıdan bitki örtüklü qruntla doldurulmalı olan sintetik mühafizə sistemi ilə aşınmanın qarşısının alınmasını da nəzərdə tutur. Betonla örtüləcək açıq drenaj xəndəkləri təşkil edilməlidir. İşlərin ən gec tamamlanma müddəti 6 aydır.

Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 149-cu kilometrliyində aktiv sürüşmə ilə əlaqədar 30 mart 2023-cü il tarixindən Rikotidə nəqliyyatın hərəkəti qadağan edilib. Yüngül avtomobil nəqliyyatı Qomi-Saçxere-Çiatura-Zestafoni marşrutu ilə hərəkət edirdi. Yol İdarəsinin sədri Qiorqi Tsereteli bildirib ki, sürüşmə qarın əriməsi nəticəsində inkişafv edib. Onun sözlərinə görə, Rikoti keçid yolunun tikintisinə başlamazdan əvvəl çoxlu araşdırmalar aparılıb və tikinti layihəsinin özü də dünyanın ən yaxşı Amerika-Türkiyə konsorsiumlarından biri tərəfindən hazırlanıb.

Müstəqil, nüfuzlu mütəxəssislərin qiymətləndirməsinə görə, Rikoti hissəsi mürəkkəb tektonikaya malik ərazidir və yolun tikintisi üçün aparılan tədqiqatlar mükəmməl olmayıb.

“Geoloji baxımdan hazırlanmış sənədin müəllifi olan İtaliya şirkəti yazır ki, yeni tikililər sürüşmə proseslərinin aktivləşməsinə səbəb ola bilər.

İndi gördüyümüz yanlış tikinti qərarıdır - belə geoloji şəraitdə belə yamaclar eşmək, kəsmək düzgün deyil.

Biz bu tikinti ilə ətraf mühitə o qədər səhv müdaxilə etdik ki, sürüşmələrə səbəb olduq”, - Milli Seysmik Monitorinq Mərkəzinin direktoru Tea Qodoladze bildirib.

Aprelin 8-də Rikotidə nəqliyyatın hərəkəti xüsusi rejimlə bərpa edilib, hərəkətə yalnız yaxşı hava şəraitində və gün ərzində icazə verilib. Məhdudiyyətlər bir neçə ay saxlanılıb.

Oktyabrın 28-də Rikoti magistral yolunun 27 km-lik hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Əsas yolun yeni, dörd zolaqlı hissəsi Xaraqauli bələdiyyəsinin Xevi kəndi yaxınlığından başlayır və Zestafoni bələdiyyəsinin Şorapani qəsəbəsi yaxınlığında bitir. Xevi-Şorapnı hissəsinə 65 körpü və 38 tunel daxildir. Yol İdarəsinin məlumatına görə, yeni hissə Rikotidə gediş məsafəsini 8 kilometr, səyahət müddətini isə 25 dəqiqə azaldır.

“Əhali bilməlidir ki, Rikoti təhlükəsizdir. Ona qədər səslənən hər şey yalan və ya manipulyasiyadır”, - deyə Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze noyabrın 2-də parlamentdə çıxışı zamanı bildirib.

Avropa İnvestisiya Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankının dəstəyi ilə Rikoti yolunun tikintisi davam edir. Tikinti işlərinin ümumi dəyəri 2,6 milyard lariyə qədərdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur