Gürcüstanın Təhsil və Elm Nazirliyi bəyan edir ki, Yevgeni Primakov Mərkəzinin rəhbəri Dimitri Lortkipanidzenin Rusiyanın maliyyəsi ilə Gürcüstanda Rus-Gürcü Universitetinin açılması ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazirlik izah edir ki, “Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəz”ə Rus-Gürcü təhsil müəsisəsinin açılması xahişi ilə heç bir müraciət daxil olmayıb və Gürcüstanda heç bir təhsil müəsisəsinin mərkəzin icazəsi olmadan təhsil fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. İcazə həm dövlət, həm də özəl qurumlar üçün məcburidir.
“Tam məsuliyyətimizlə bildiririk ki, Gürcüstanın təhsil sistemində belə bir təhsil müəsisəsinin açılması ilə bağlı heç davm edən bir prosedur yoxdur.
Bununla bağlı yayılan məlumatlar ictimaiyyəti çaşdırmağa, təhsil sistemini və hökuməti bilərəkdən gözdən salmağa xidmət edən dezinformasiyadır”, - Təhsil və Elm Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.
Dimitri Lortkipanidze rusyönümlü “Gürcüstan və Dünya” nəşrinə bildirib ki, Tbilisidə Gürcü-Rus Universitetinin açılması planlaşdırılır və burada tədris prosesini Rusiya maliyyələşdirəcək. “İndiki mərhələdə biz bu təhsil müəssisəsi üçün münasib yer axtarırıq”, - deyən Lortkipanidze bu məsələ ilə bağlı daha ətraflı məlumatın sentyabrın sonunadək məlum olacağını qeyd edib.