Rusiya Baş nazirinin müavini Bicvintadakı “Москва Резорт”un tikintisini gözdən keçirib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya baş nazirinin müavini, 2012-2020-ci illərdə energetika naziri olan Aleksandr Novak nümayəndə heyəti ilə birlikdə işğal altındakı Abxaziyaya gəlib. O, Qaqra və Bicvintada olub, Soxumi hava limanını gözdən keçirib, daha sonra de-fakto prezident Aslan Bjaniya ilə görüşüb.

Rusiya hökumət nümayəndə heyəti Bicvintada 2026-cı ilə qədər 46,5 hektar ərazidə, “Москва Резорт” mehmanxana-kompleksinin açılışı planlaşdırılan əraziyə baş çəkib. Layihənin dəyəri 31 milyard rubl təşkil edir. Yerli medianın məlumatına görə,“Москва Резорт” mehmanxanasının hissəsində 450 otaq və 2334 uzunmüddətli kirayə üçün mənzil tikiləcək. mehmanxana-kompleksin ərazisində iki kilometr uzunluğunda çimərlik olacaq. Rusiyalı investorların hesabına görə, o, hər il 200 mindən çox turist qəbul edəcək.

Aleksandr Novak Aslan Bjaniyaya onu Abxaziyaya dəvət etdiyinə görə təşəkkür edib, Bjaniya isə Abxaziya rəhbərliyinin və vətəndaşlarının onun səfərinə böyük ümid bəslədiyini qeyd edib.

“Abxaziya, Soxumi həm xarici siyasi fəaliyyətdə, həm də ticari-iqtisadi əməkdaşlığın inkişafı baxımından bizim strateji tərəfdaşımızdır. Rusiya Abxaziyada infrastruktur layihələrinin həyata keçirilməsinə və maliyyə sabitliyinə kömək edir. Bizim ticarət-iqtisadi dövriyyəmiz artır - keçən il 73% artıb. Hesab edirəm ki, bu, hədd deyil, çünki müxtəlif istiqamətlərdə böyük potensial var: ilk növbədə, bu, turizmdir, turistləri cəlb etmək üçün həyata keçirilə biləcək yeni layihələr və turist axınını təmin etmək üçün hava limanının işini bərpa etməkdir”, - qondarma Prezident Aslan Bjaniya ilə görüş zamanı Novak bildirib.

Rusiya baş nazirinin müavininin sözlərinə görə, yaxın vaxtlarda Soxumi Beynəlxalq Hava Limanının bərpasına dair “hökumətlərarası saziş”in imzalanması planlaşdırılır.

Rusiya nümayəndə heyətinin tərkibində aşağıdaki şəxslər olub: İqor Maslov - Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr məsələləri üzrə aparatının rəhbəri; Dimitri Volvaç - iqtisadi inkişaf nazirinin müavini; Yevgeni Qrabçak - energetika nazirinin müavini; Mixail Babiç - Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur