Rusiya benzin ixracını qadağan etmək istəyir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya hökuməti martın 1-dən altı ay müddətinə benzin ixracını qadağan edəcək. Bu barədə məlumatı Rusiya mətbuatına rəsmi qurumlarda təsdiqləyiblər.

Müvəqqəti məhdudiyyət Avrasiya İqtisadi İttifaqına üzv ölkələr (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan), Monqolustan, Özbəkistan, həmçinin de-fakto Abxaziya və Cənubi Osetiya respublikalarına şamil olunmayacaq.

“RBC” nəşrinin məlumatına görə, baş nazir müavini Aleksandr Novak baş nazirə benzinin ixracını müvəqqəti qadağan etmək təklifi ilə müraciət edib. O, fevralın 21-də göndərdiyi məktubda yaz-tarla işləri dövrü, neft emalı zavodlarında planlı texniki qulluq, eləcə də yay tətili ilə əlaqədar yaxın vaxtlarda daxili bazarda yanacağa tələbatın artacağını qeyd edib.

Qadağanın Gürcüstana şamil olunma ehtimalı var, çünki Rusiyadan Gürcüstana idxal olunan ən böyük mal qrupları arasında neft və neft məhsulları birinci yerdədir. Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə Rusiyadan Gürcüstana 552,138,6 min ABŞ dolları dəyərində 771,395,3 ton neft və neft məhsulları daxil olub.

Rusiya analoji tədbirlərə  ötən il də əl atıb. 2023-cü ilin sentyabrında topdansatış qiymətlərinin kəskin artması ilə əlaqədar Nazirlər Kabineti benzin və dizel yanacağının ixracına qadağa qoyub, noyabrda isə bu qadağa götürülüb. Hazırda Rusiya hökuməti məhdudiyyətləri neft obyektlərinə silsilə hücumlar fonunda təsis edir. İlin əvvəlindən Bryansk, Volqoqrad, Krasnodar, Leninqrad və Nijni Novqorod vilayətlərində ən azı 6 neft emalı zavodu pilotsuz təyyarələrin hücumu nəticəsində zərər görüb. Rusiya hökuməti hücumlarda Ukraynanı ittiham edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur