YouTube-da yayımlanan gizli səs yazısına görə, 2022-ci il martın 15-də Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi (Rusiya ilə əlaqələr üzrə) Zurab Abaşidze və Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin arasında Rusiya ilə Gürcüstan arasında uçuşların bərpası imkanı barədə müzakirələr aparılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qriqori Karasin: Məsləhətinə ehtiyacım var. Bildiyin kimi, vəziyyət mürəkkəb və çoxqatlıdır.
Nəqliyyat nümayəndələrimiz deyirlər ki, ola bilsin ki, hansısa yolla hava və yerüstü nəqliyyatı bərpa edək və s. Mənim mövqeyim (fikrimdir) ki, indi bu məsələləri qaldırıb müzakirə etməyin vaxtı deyil. Ola bilər yanılıram?
Zurab Abaşidze: Yox, siz haqlısınız, tamamilə haqlısınız.
Karasin: Bir az daha gözləsək yaxşı olar. Necə deyim, yaxşı olar ki, vəziyyət bir az da sakitləşsin ki, vəziyyət daha dəqiqləşsin.
Abaşidze: Bəli, bəli, sözsüz.
Karasin: Əks halda yaxşı təşəbbüsü dəfn edəcəyik.
Abaşidze: Yox, yox, bu dəqiqə biz ədalət üzərində gedirik.
Karasin: Bu məsələ ilə bağlı fikirlərimiz üst-üstə düşür.
Abaşidze: Bəli, bəli, düzdür. Fırtınanın keçməsi lazımdır.
Karasin: Zurab seni qucaqlayiram, özündən muğayət ol, sizinkilərə salam söylə.
Abaşidze: Həmçinin, həmçinin.
Karasin: Yaxşı, səni qucaqlayıram, sağol.
Zurab Abaşidze təsdiqləyib ki, Qriqori Karasinlə həqiqətən uçuşların bərpası ilə bağlı danışıb və səs yazısının yayılması qalmaqal yaratmağa xidmət edir ki, guya Gürcüstanın Rusiya ilə pərdəarxası əlaqələri var.
“Səs yazısının yayılması qalmaqal yaratmağa xidmət edir ki, guya biz onların Rusiya ilə hansısa pərdəarxası əlaqələrinin olduğunu, hava hərəkətinin bərpasından danışdıqlarını deyirdik. Bu söhbət bunun əksini sübut edir. Səs yazısı dediklərimizi təsdiqləyir. Karasin 2022-ci ilin martında məndən soruşur ki, nə düşünürsünüz, hava hərəkətinin bərpası haqqında danışmağa başlamalıyıq? Özü də deyir ki, mən bunu uyğun hesab etmirəm, uyğun olmadığını təsdiq edirəm. İndiyə qədər dediyimiz bu idi ki, sonradan, Rusiya özü uçuşları bərpa etmək qərarına gəldi. Bu söhbətdən sonra, 2022-ci ilin martından sonra Karasinlə bu mövzu barədə bir daha danışmamışam. Bir il səkkiz aydır ki, cənab Karasinlə formatımızda nəzərdə tutulan məsələləri müzakirə etməmişəm”, - Baş nazirin xüsusi nümayəndəsi “Birinci Kanal”a müsahibəsində bildirib.
Rusiya prezidenti Vladimir Putin 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Həmçinin Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinə səfəri ilə bağlı Tbilisidə keçirilən etiraz çıxışları ilə əlaqədar 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinə Gürcüstana uçuşlar və turların satışı ilə bağlı qoyulmuş qadağa da götürülüb.
Rusiya ilə uçuşların bərpasından sonra Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət adından Rusiya ilə heç bir danışıqların aparılmadığını bildirib.
Bir ay əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Ta” xəbər agentliyinə müsahibəsində Ğaribaşvili hökuməti ilə uçuşların bərpası ilə bağlı razılığa gəldiklərini bildirmişdi: “Biz görəndə ki, Tbilisinin indiki hökuməti münasibətlərin normallaşmasında maraqlıdır, biz cənab Ğaribaşvilinin hökuməti ilə uçuşların bərpası ilə bağlı razılığa gəldik və viza rejimi ləğv edildi, çünki Rusiya vətəndaşları üçün vizasız rejim kifayət qədər uzun müddətdir ki, mövcuddur və bir çox vətəndaşlarımız bundan yararlanırdı”.