Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Axalqori rayonunun Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşını həbs ediblər. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, qanunsuz saxlanılma işğal altında olan ərazidə baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
DTX-nın məlumatına görə, Aİ-nin monitorinq missiyasının “qaynar xətti” aktiv edilib və beynəlxalq tərəfdaşlar və Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıb.
“Qeyri-qanuni şəkildə saxlanılan Gürcüstan vətəndaşının tezliklə azadlığa buraxılması üçün bütün mövcud mexanizmlər işə salınıb”, - DTX-dan bildirilib.
İşğal əleyhinə hərəkatın üzvü, həmkarları ilə birlikdə işğal xəttində olan Davit Katsarava yerli əhaliyə əsaslanaraq deyir ki, Gürcüstan vətəndaşı mərkəzi hökumətin nəzarətində olan ərazidən qaçırılıb. O, vətəndaşın Axalqori işğal bazasına köçürüldüyünü güman edir.
İşğal rejimi hələlik hadisə ilə bağlı heç bir məlumat yaymayıb.
Bu gün Gürcüstanın səkkiz vətəndaşı işğal olunmuş Cxinvalidə qanunsuz həbsdədir. Onların arasında qondarma Cxinvali məhkəməsinin hökmü ilə barəsində “sərhədi pozmaq” maddəsi ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilən Levan Petriaşvili və Arçil Basanidze də var. Levan Petriaşvili mayın 15-də Erqneti kəndi yaxınlığında, dostu Arçil Basanidze isə mayın 16-da işğal olunmuş ərazidə qanunsuz olaraq həbs edilib. Ailə üzvlərinin sözlərinə görə, Basanidze işğal olunmuş rayona dostuna görə köçüb.
Keçmiş hərbi qulluqçu. 2021-ci ildə Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs olunan Mamuka Çxikvadze Cxinvali həbsxanasında qanunsuz olaraq 3,8 ilik cəza çəkir. O, qondarma sərhədi qanunsuz keçməklə yanaşı, narkotik qaçaqmalçılığında da təqsirli bilinib. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Apellyasiya şikayətindən sonra Mamuka Çxikvadzenin qanunsuz cəzası azaldılıb.