Rusiya müdafiə nazirliyini “Vaqner” qruplaşmasını Baxmutdan geri çəkməklə hədələyən Priqojinə hərbi sursat vəd edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rus özəl hərbi şirkət, “Vaqner”in təsisçisi və maliyyəçisi Yevgeni Priqojinin sözlərinə görə, o, Rusiya Müdafiə Nazirliyindən Ukraynanın Baxmut şəhərində döyüşləri davam etdirmək üçün lazım olan silahları əldə edəcəyinə dair söz alıb.

“Onlar bizə and verirlər ki, düşmən bizim məhv etmsəin deyə, lazım olan hər şey ediləcək. Baxmutda lazım gördüyümüz kimi hərəkət etməmizi söyləyirlər”, - deyə Priqojin bildirib.

Biznesmenin sözlərinə görə, “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasında əməkdaşlıq məsələlərini Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı və Ukraynadakı rus qruplaçmasının komandirinin müavini Sergey Surovikin həll edəcək.

Mayın 5-də Priqojin “Vaqner”in həlak olmuş döyüşçüləri fonunda çəkilmiş Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu söydüyü videonu dərc edib. Priqojin onları “Vaqnerlər”in ölümünə görə məsuliyyətli hesab edib və itkilərin döyüş sursatı çatışmazlığından qaynaqlandığını iddia edib. “Vaqner komandiri onları mayın 10-dan Baxmutu tərk edəcəyi ilə hədələyib.

Yevgeni Priqojinin bəyanatına mayın 6-da çeçen komandiri Ramzan Kadırov rəy bildirib və o, “Vaqnerlər”in tutduğu mövqeləri öz “Axmat” dəstəsinin təhvil götürməyə hazır olduğunu bildirib. Priqojin bu təklifi bəyənib.

“Mən artıq onun nümayəndələri ilə əlaqə saxlamışam ki, dərhal mövqelərin təhvilinə başlansın ki, mayın 10-da, saat 00:00-da, məhz bizim döyüş potensialımızı tam tükəndirəcəyimiz bir vaxtda döyüşçü yoldaşlarımız bizim yerimizi tutsunlar və Baxmuta döyüş əməliyyatlarını davam etdirsinlər”, - Priqojin deyib.

Baxmut uğrunda döyüş doqquz aydan çoxdurki, davam edir. Oradakı rus qüvvələrinin əsas hissəsini “Vaqner” qrupunun muzdlu döyüşçüləri təşkil edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, düşmən Baxmutda fosfor bombalarından istifadə edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur