Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi baş verib. Razılaşma çərçivəsində Gürcüstan vətəndaşı, keçmiş çeçen səhra komandiri Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinərək Almaniya həbsxanasında cəza çəkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Vadim Krasikov Rusiyaya təhvil verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhbusların mübadiləsi avqustun 1-də Ankara hava limanında Türkiyə kəşfiyyatının vasitəçiliyi ilə baş tutub. Mübadilədə 26 məhbus iştirak edib.
“Ümumilikdə biz Rusiyadan 16 nəfərin, o cümlədən öz ölkəsində siyasi məhbus olan 5 Almaniya və 7 Rusiya vətəndaşının azad edilməsi barədə razılığa gəldik. Bu kişi və qadınların bəziləri illərdir haqsız yerə həbs olunublar. Hər kəs inanılmaz əzab və qeyri-müəyyənlik yaşadı. Bu gün onların əzab-əziyyəti bitdi”, - ABŞ prezidenti Co Bayden bildirib.
Adlarını Baydenin çəkdiyi azadlığa buraxılanlar arasında “Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviç, siyasətçi və publisist Vladimir Kara-Murza, Rusiyada casusluqda ittiham olunan ABŞ, Böyük Britaniya, İrlandiya və Kanada vətəndaşı Marin Poul Uelan, eləcə də “Azadlıq” radiosunun jurnalisti Alsu Kurmaşeva. da var
Rusiyaya qayıdan 8 nəfər Moskvanın Vnukovo Beynəlxalq Hava Limanında qırmızı xalça və fəxri qarovulla qarşılanıb. Vladimir Putin onları qarşılamaq üçün şəxsən hava limanına gəlib. Putin bütün qayıdanlara dövlət mükafatlarının veriləcəyini və “gələcək haqqında danışmaq üçün” onlarla yenidən görüşəcəyini bildirib.
5 il əvvəl, 23 avqust 2019-cu ildə öldürülən Zelimxan Xanqoşvilinin ailəsi Vadim Krasikovun azadlığa buraxılması barədə xəbəri mətbuatdan eşidib. “Heç kim məndən heç nə soruşmayıb, hələ heç nə bilmirəm. Qardaşımın qatilinin vətəninə qayıtmasına icazə verilməsi mənim üçün xoş deyil”, - Zurab Xanqoşvili bildirib.
Vladimir Putin Kremlin Vadim Krasikovu nazad edilməsində maraqlı olduğunu 2024-cü il fevralın əvvəlində təsdiqləyib. Rusiya prezidenti bu məsələyə amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə toxunub. “ABŞ-ın tərəfdaş ölkəsi olan ölkələrdən birində [həbsxanada] vətənpərvərlik hissləri ucbatından Avropanın paytaxtlarından birində qulduru məhv edən şəxs var”, - Putin onun adını birbaşa qeyd etməyib, lakin onun cavabından məlum idi ki, rus xüsusi xidmət orqanları Xanqoşvilinin qatilininin müqabilində Rusiyada casusluq ittihamı ilə həbs edilmiş “Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçi azad etməyə hazırdırlar.
Vadim Krasikovun da adı müxalifətçi Aleksey Navalnini həbsdən azad etmək cəhdləri ilə bağlı da hallanıb. Navalninin tərəfdaşı və “Korrupsiyaya qarşı Mübarizə Fondunun” sədri Mariya Pevçix bildirib ki, Aleksey Navalnı Zelimxan Xanqoşvilinin qatili ilə əvəz edilməli idi, lakin danışıqların son mərhələsində Rusiya prezidenti Navalnını öldürmək qərarına gəlib.
Vadim Krasikov Almaniyada ömürlük həbs cəzasına məhkum edilmişdi. Almaniya Federal Prokurorluğu Zelimxan Xanqoşvilinin Rusiya hakimiyyətinin göstərişi ilə öldürüldüyünü iddia edirdi.