Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, rusiyalı investorlar ilin sonuna kimi Abxaziyaya qoyduğu sərmayələrin qorunmasına zəmanət alacaqlarını gözləyirlər. Bu barədə o, işğal olunmuş regionun qondarma prezidenti Aslan Bjaniya ilə görüş zamanı deyib. Söhbət yeni “qanunlar”ın qəbulundan və mövcud qanunlara dəyişiklik edilməsindən gedir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Reşetnikov bəyan edib ki, Abxaziyanın müstəqilliyini elan etdikdən sonra Rusiya “respublika”ya yardım üçün 65 milyard rubldan çox vəsait ayırıb.
“Biz birgə səylərlə 500-dən çox obyektin yenidən qurulmasına, respublikanın sosial və mühəndis infrastrukturunun tam bərpasına nail olduq. Abxaziya öz gəlirlərini 41,5%-dən 57%-ə yüksəldib. 2022-ci ildə respublikanın öz gəlirləri 8 milyard rubla çatıb. Bu il ölkə, iqtisadiyyatının və energetikasının inkişafına 900 milyon rubldan çox vəsait ayıra bilib. Eyni zamanda Rusiyadan da yardımlar davam etdirilir. 2023-cü ildə Rusiya investisiya proqramının maliyyələşdirilməsi və Abxaziyanın investisiya fəaliyyətinin dəstəklənməsi üçün 1,3 milyard rubl, respublikanın sosial-iqtisadi inkişafı üçün isə 4,3 milyard rubl sərmayə yatırıb”, - Reşetnikov bildirib.
Rusiyalı nazirin sözlərinə görə, Abxaziya investisiyaları necə cəlb etməyi öyrənib və bizneslə hökumət arasında əməkdaşlıq qurub.
“Abxaziya iqtisadiyyatına investisiyaların cəlb edilməsi üçün investisiyaları mümkün qədər qoruyacaq normativ baza əldə etmək və investorları dəstəkləmək üçün alətlər yaratmaq lazımdır. Ümid edirik ki, ilin sonuna kimi Abxaziyada investisiya tərəfdaşlığı haqqında yeni qanun qəbul ediləcək, elektrik enerjisi və investisiya fəaliyyəti ilə bağlı mövcud qanunlarda lazımi dəyişikliklər ediləcək”.
Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ilin sonuna qədər tərəflər iri investisiya layihələri ilə bağlı hökumətlərarası saziş imzalamaq niyyətindədirlər ki, bu da “rus şirkətlərinə layihərin həyata keçirilməsi şərtlərinin dəyişməzliyinə dair zəmanətlər almağa imkan verəcək”.
“İndiki mərhələdə respublikanın iki böyük layihəsi var və bunlara başlamaq üçün şərtlərin sabitləşdirilməsi vacibdir - bu, Bichvinta yaxınlığında üç böyük mehmanxana-kompleksinin tikintisi və Babuşara hava limanının bərpası layihəsidir. Hər iki layihə turizm sektoru üçün olduqca vacibdir. Rusların turist axınının yenidən istiqamətləndirilməsini nəzərə alsaq, Abxaziya rusiyalı turistlər üçün yeni cazibə mərkəzinə çevrilə bilər”, - Maksim Reşetnikov qeyd edib.
Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya cavabında bildirib ki, Abxaziya sosial-iqtisadi inkişafın investisiya proqramı çərçivəsində öz öhdəliklərini həmişə yerinə yetirir.
Maksim Reşetnikov Gürcüstanın işğal olunmuş bölgəsində bir günlük “işgüzar səfərdə” dünən, iyulun 4-də olub.