Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov işğal olunmuş Abxaziyada bir günlük “işgüzar səfər”dədir. De-fakto prezidentin administrasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, o, tikintisi və ya yenidən qurulması Rusiyanın maliyyə dəstəyi ilə həyata keçirilən obyektlərə baxış keçirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Maksim Reşetnikov və Abxaziyanın qondarma Baş nazir müavini, iqtisadiyyat naziri Kristina Ozgani yaxın illərdə “Moscow Resort” mehmanxana-kompleksinin tikintisinin planlaşdırıldığı Bichvintada olublar. Layihənin dəyəri 31 milyard rubl təşkil edir və rusiyalı investorların fikrincə, o, hər il 200 mindən çox turist qəbul edəcək.
Rusiyalı nazir Qaqra, Qudauti və Qülrifşi enerji obyektlərinə də baş çəkib. Xususilə, Qaqra rayonunun Alaxadzi kəndində “Alaxadzi – 110 kV”, Qudauti rayonunda “Bzifi – 220 kV” və Qulrifşi rayonunda “Dranda – 110 kV” yarımstansiyalarına baş çəkib.
Reşetnikov Ritsi gölündə də olub. Göl və dağ mənzərələrinin videosu Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən Telegram kanalında yayımlanıb.
Qondarma işgüzar səfər çərçivəsində Reşetnikovun Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya və baş nazir Aleksandr Ankvab ilə görüşləri planlanıb.
Maksim Reşetnikov işğal olunmuş Abxaziyada 2022-ci ilin avqustunda da olub. 2023-cü ilin iyulunda Sankt-Peterburqda “Vladislav Ardzinba adına Soxumi Beynəlxalq Hava Limanı”nın bərpası haqqında qondarma razılaşmaya imza atıb. Reşetnikovun sözlərinə görə, hava limanının yenidən qurulması tarixi hadisədir və Rusiya üçün əhəmiyyətli vəzifəni həll edərək, “Rusiya vətəndaşlarının Abxaziyaya əsas girişlərdə - Soçi aeroportunda və “Adler” keçid məntəqəsində həddindən artıq sıxlığı aradan qaldıracaq”.