“Kimin ideyası olursa olsun (2024-cü il seçkiləri üçün Rustaveli prospektini bağlamaq) və bununla kütləvi nümayişlərin qarşısını almaq problemi həll etmək üçün tipik sovet üsuludur”, - Avropa Parlamentinin deputatı Viola fon Kramon 2024-cü ildən Rustaveli prospektinin reabilitasiyası elanını belə şərh edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Tbilisi meri Kaxa Kaladze noyabrın 15-də bildirib ki, Rustaveli prospektinin rebilitasiyası işlərinə 2024-cü ildə başlanacaq və o 2 ildən çox davam edəcək.
“Biz istəyirik ki, birinci mərhələ - mövcud binaların bərpası, gücləndirmə işləri həyata keçirilsin. Mədəni irs obyektləri də var ki, onlara xüsusi münasibət və müvafiq mütəxəssislərin cəlb olunması tələb olunur. Son mərhələ yol infrastrukturunun öz yeraltı kommunikasiyaları ilə tənzimlənməsi olacaq. Rustaveli bu baxımdan çox çətin vəziyyətdədir və tez-tez torpaq çökməsi halları olur. Biz hamımız razıyıq ki, bu işlərin həyata keçirilməsi çox vacibdir”, - Kaladze paytaxt hökumətinin iclasında bildirib. Meriyanın məlumatına görə, Rustaveli prospektinin bərpasına təxminən 90 milyon lari xərclənəcək.
Kaxa Kaladze müxalifət partiyalarının üzvlərinin fikirlərini biabırçı adlandırıb, onlar Tbilisi Meriyasının Rustavelini mitinqlərin keçirilməsinin qarşısını almaq üçün reabilitasiya etməyi planlaşdırdığını bildirirlər.
“Onlar çox çətin vəziyyətdədirlər. Əslində, onlar yaxşı bilirlər ki, seçkilərdə şansları sıfırdan aşağıdır. Konkret layihəyə gəlincə, bilmirəm, aksiya keçirmək istəyirlərsə Rustaveli prospektində mövcud binaların bərpası aksiyanın keçirilməsinə niyə mane olsun, tamamilə anlaşılmazdır, lakin burada da çalışırlar ki, cəmiyyəti yanlışa sövq edələr ki, guya biz yolları bağlamağı planlaşdırırıq, bu çox böyük bir absurddur. Mövcud binaların bərpası üçün heç bir bloklama tələb olunmur, onlar tamamilə yenilənəcək və bu işlər başa çatdıqdan sonra son mərhələdə bilavasitə prospektin yeraltı kommunikasiyalarla birgə bərpası baş tutacaq. Biz prospekti abadlaşdırmağa başlayanda, təbii ki, müvəqqəti olaraq küçəni bağlamalı olacağıq”, - Kaladze bildirib.
Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçirilməlidir. Gürcüstan Konstitusiyasına görə, deputatlar yalnız proporsional sistemlə seçiləcək. Parlament üzvlərinin mandatları seçkilərdə iştirak edən seçicilərin ən azı 5 faizinin real səsini toplayan siyasi partiyalara paylanacaq.