Səfirliklər hakimiyyəti “Prayd Festivalı”nın dağıdılmasına reaksiya verməyə çağırır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Gürcüstandakı səfirlikləri, eləcə də Avropa İttifaqının nümayəndəsi Tbilisidə keçirilən “Prayd Festivalı”nın zorakı qruplar tərəfindən dağıdılmasını şərh edir və hakimiyyəti qanunu pozan hər kəsi məsuliyyətə cəlb etməyə çağırır.

“Bu gün Tbilisi Pride planlaşdırılan qapalı tədbiri ləğv etmək məcburiyyətində qaldı, çünki zorakılıqla hədələyən itaətsiz izdiham iştirakçıları onları konstitusiya ilə qorunan dinc toplaşmaq hüququndan məhrum etdi”, - ABŞ səfirliyinin bəyanatında deyilir.

Səfirlik qeyd edir ki, hökumət Gürcüstanın bütün vətəndaşlarının əsas hüquqlarını qorumağa borcludur.

“Zorakılıq, hədə-qorxu və ya fərqli fikirləri susdurmaq hədəsi qeyri-demokratikdir və Gürcüstanın tolerantlıq, mərhəmət və plüralizm tarixinə ziddir. Biz hakimiyyəti qanunu pozanların hamısını məsuliyyətə cəlb etməyə və zorakılığın qəbuledilməz olduğunu açıq bəyan etməyə çağırırıq”, - ABŞ səfirliyi bildirib.

Bu gün baş verən hadisələri “Twitter”də, Böyük Britaniya səfiri Mark Kleyton da şərh edib. Onun sözlərinə görə, hazırlıqlara və qabaqlayıcı tədbirlərə baxmayaraq, “Prayd Festivalı”nın dağıdılması onu təşvişə salıb.

“Mən hakimiyyəti dinc toplantının qarşısını aqressiv şəkildə alan bütün şəxslərin cavabdehliyini təmin etməyə çağırıram”, - səfir bildirib.

 “Prayd Festivalı”nın dağıdılmasəndan narahatlığını  Avropa İttifaqının nümayəndəliyi də bildirib. Diplomatik qurumdan bildirildiyi kimi, təhlükəsizliyin və sərbəst toplaşmaq azadlığının təmin oluna bilmədiyini görmək məyusedicidir. “Zorakılığa çağırış edənlər və zorakılıq edənlər ədalət qarşısında cavab verməlidirlər”, - onların bəyanatında oxuyuruq

Bu gün, iyulun 8-də Lisi gölünün yaxınlığında qapalı tədbir - “Prayd Festivalı” keçirilməli idi, lakin zorakı qrupların hücumu nəticəsində bu baş tutmadı. Daxili İşlər Nazirliyinin əməkdaşları Vaja-Pşavela abidəsindən yürüş edən festival əleyhdarlarına festival ərazisinə qalxmaq imkanı veriblər. Festivalın təşkilatçıları və iştirakçıları təxliyə edilməli olub. Daxili İşlər Nazirliyinin əməkdaşları onları mikroavtobuslarla ərazidən uzaqlaşdırıblar.

Zoraki qruplar “Prayd Festivalı”nın dağıdılacağını bir neçə həftə əvvəl elan edibər. Vətəndaşların təşkilatlandırılmasında “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” və Vato Şakarişvilinin “Öncə Gürcüstan” hərəkatı fəal iştirak edirdi. Festivala qarşı yürüşə ruhanilər də qoşulub. Yürüş iştirakçıları festival ərazisinə daxil olduqdan sonra ərazini qarət edib və göy qurşağı bayraqlarını yandırıblar.

Festivalın təşkilatçıları hesab edir ki, hücum əvvəlcədən kordinasiya olunub və Daxili İşlər Nazirliyi ilə razılaşdırılıb.

 

Bu mövzu haqqında: 

“Geniş ərazidir, dolama yollarla daxil olublar” - Daxili İşlər Nazirliyi “Prayd Festivalı”nın pozulması ilə bağlı  

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur