Parlamentin sədri Şalva Papuaşvilinin sözlərinə görə, Gürcüstan Münhen Təhlükəsizlik Konfransında xarici işlər naziri kimi yüksək səviyyədə təmsil olunacaq, prezident Salome Zurabişvili isə tədbirdə “mülki şəxs” kimi iştirak edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“O, Münhendə yalnız özünü təmsil edəcək, Gürcüstanı yox”. Bu, orada mülki şəxsin iştirakıdır və bir daha göstərir ki, Gürcüstan Konstitusiyası, gürcü xalqı onu maraqlandırmır. O, Gürcüstanı istədiyini edəcəyi iqamətgahının arxa bağçası hesab edir”, - Papuaşvili bildirib.
Parlament sədri prezidenti radikallaşmada və ölkəni gözdən salmaqda ittiham edib. Onun sözlərinə görə, hökumətin icazəsi olmadan Münhenə səyahət buna misaldır.
“Bunun yeganə məqsədi Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirməkdir. O, “Milli Hərəkat”ın və onların himayədarlarının müəyyən etdiyi dəst-xətti izləyir”, - deyə Şalva Papuaşvili prezident haqqında bildirib.
Dünyanın aparıcı forummlarından olan Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-də keçiriləcək. Tədbirdən əvvəl konfransın hesabatı dərc edilib. Orada Gürcüstanın keçmiş baş naziri, hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin adının “Rusiyayönümlü oliqarx” kimi hallanır və Gürcüstanın demokratik geriləyişinə görə məsuliyyət daşıyır.
Konfransda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili iştirak edəcək. Bundan başqa, Salome Zurabişvili də konfransda iştirak etmək niyyətindədir, onun administrasiyasının bildirdiyinə görə, ora rəsmi olaraq dəvət olunub.
2023-cü ildə Münhen Təhlükəsizlik Konfransında Gürcüstandan keçmiş baş nazir İrakli Ğaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdi. Nümayəndə heyətinə xarici işlər naziri İlya Darçiaşvili, müdafiə naziri Xuanşer Burçuladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.