Münhen Təhlükəsizlik Konfransının 2024-cü il hesabatında Gürcüstanın keçmiş baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin adı “Rusiyayönümlü oliqarx” kimi hallanıb və onun Gürcüstanın demokratik geriləməsinə görə məsuliyyət daşıdığı qeyd edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hesabatda deyilir ki, Ukrayna, Gürcüstan və Moldova Qərbə inteqrasiyaya doğru irəliləsə də, Belarus Rusiyanın Şərqi Avropada yeganə müttəfiqi olaraq qalır.
“Rusiya ola bilsin ki, Gürcüstanı, Moldovanı və Qərbi Balkan ölkələrini öz düşərgəsinə daxil edə bilməyib, lakin hələ də onların Qərbə inteqrasiyasının qarşısını almağa çalışır. Rusiyayönümlü oliqarx və Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvili ölkənin son demokratik geriləməsi və Gürcüstan cəmiyyətinin əksəriyyətinin istəklərinə zidd olaraq Avropa İttifaqından uzaqlaşmaya görə məsuliyyət daşıyır”, - hesabatda deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, 2023-cü ildə Avropa İttifaqı “ölkədə demokratiyanın vəziyyəti və qanunun aliliyi ilə bağlı əhəmiyyətli narahatlıqlara baxmayaraq” Gürcüstana namizəd statusu verib.
Münhen Təhlükəsizlik Konfransı 60 il əvvəl təsis edilib və mövcud və gələcək beynəlxalq təhlükəsizlik çətinliklərinin müzakirəsi üçün ən mühüm müstəqil forumlardan biridir. Hər il konfransda 70-dən çox ölkədən 350-yə qədər məsul şəxs iştirak edir.
2024-cü ildə Münhen konfransı fevralın 16-18-də keçiriləcək. Keçən il konfransda Gürcüstanın o vaxtkı baş naziri İrakli Ğaribaşvili iştirak edirdi.
Bu mövzu haqqında:
İvanişvili sərvətini 90-cı illərdə Rusiyada toplayan oliqarxdır - Danimarka səfiri