Telavi Rayon Məhkəməsi Saqarecoda jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə və zorakılıqda ittiham edilərək saxlanılan təmizlik xidmətinin əməkdaşı Mamuka Şakaraşvili barəsində həbs qətimkan tədbiri seçib. Hakim Veriko Zatiaşvili prokurorluğun vəsatətini təmin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün keçirilən məhkəmə prosesində təqsirləndirilən Şakaraşvili təqsirini etiraf etməyib və jurnalistləri günahlandırıb. O, hakimə müraciət edərək ailə vəziyyətinin nəzərə alınmasını və həbs qətimkan tədbirinin tətbiq edilməməsini xahiş edib.
“Jurnalistlər məni məcbur etməsələr, mən niyə onlara hücum edim? Mən cəmiyyət üçün təhlükəli insan deyiləm. İki uşağım var, həyat yoldaşım yoxdur, uşaqlarımı mən dolandırasıyam, anam təqaüdçüdür, şəkər xəstəliyindən əziyyət çəkir. Mən məhkəmədən xahiş edirəm ki, bütün bu hallar nəzərə alınsın”, - deyə Mamuka Şakaraşvili bildirib.
Prokuror Aleksandr Çxaidzenin sözlərinə görə, təqsirləndirilən şəxs azadlığa buraxılarsa, yeni cinayət törətmək, sübutların məhv edilməsi və şahidlərə təsir etmək riski var.
“Mən ona istinad edirdim ki, işin materiallarına əsasən, təqsirləndirilən şəxs üçün jurnalistlərin fəaliyyəti qəbuledilməzdir və ona görə də gələcəkdə o, istənilən vaxt jurnalistlərə qarşı zorakılıq hərəkətləri edə bilər. O, hətta jurnalistlərin onu çağırmaları, təhrik etmələri və buna görə də onları təhqir etməsi hallarını misal gətirərkən bunu təsdiqləyib. İstintaq davam edir. Hələ dindiriləcək şahidlər var, ekspertizalar lazım ola bilər. Onun daha ağır cinayətdə ittiham olunacağı istisna edilmir”, - prokuror qeyd edib.
İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 1-də keçiriləcək.
İyulun 6-da müxalif “Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvilinin təqaüdçülərlə görüş planlaşdırdığı Saqarecoda, “Gürcü Arzusu”nun Bələdəiyyə məclisi üzvləri, fəalları və şəhər meriyasının əməkdaşları mütəşəkkil şəkildə toplaşıb. Onlar təkcə “Milli Hərəkat” üzvlərinə deyil, iclası işıqlandırmağa gələn jurnalistlərə də fiziki təzyiq göstərib, daş atıb, kameraları zədələyiblər. Onlar təkcə “İmedi” telejurnalistini təhqir etməyiblər. Polis hadisə yerinə yalnız fiziki qarşıdurma bitdikdən sonra gəlib.
Saqareco bələdiyyəsinin Meriyası tərəfindən yaradılmış büdcə təşkilatının əməkdaşı olan Mamuka Şakaraşvili iyulun 14-də Xüsusi İstintaq Xidməti tərəfindən saxlanılıb. İstintaq xidmətinin məlumatına görə, müəyyən edilib ki, Şakaraşvili reportaj hazırlayarkən “Formula” telekanalının operatoru Sulxan Çkaduaya peşə fəaliyyətinə mane olmaq məqsədi ilə fiziki təzyiq göstərib, həmçinin “Rustavi 2”nin jurnalisti Natia Tsilauriyə və “Mtavari Arxi”nin jurnalisti İa Quliaşviliyə fəaliyyətlərinin həyata keçirilməsinə və süjetin qeydə alınmasına imkan verməmişdir.
Şakaraşviliyə qarşı Cinayət Məcəlləsinin 126 və 154-cü maddələrinin 1-ci hissələri ilə istintaq aparılır ki, bu da ən yüngül cəzanı, yüz iyirmi saatdan yüz səksən saatadək müddətə ictimaiətin xeyrinə əmək, 6 aydan bir ilədək ev dustaqlığı və ya silahla bağlı hüquqları məhdudlaşdırılmaqla və ya məhdudlaşdırılmadan azadlıqdan bir il müddətinə məhrum edilməni nəzərdə tutur.
“Gürcüstan Xəbərləri” istintaq xidmətindən soruşub ki, nə üçün istintaq Cinayət Məcəlləsinin 126 və 154-cü maddələrinin 2-ci hissələri ilə aparılmır, çünki iyulun 6-da Saqarecoda ikidən çox jurnalist öz peşə tapşırıqlarını yerinə yetirərkən qrup halında hücuma məruz qalıblar və bu daha ağır cəzanı nəzərdə tutur. Xidmət buna izahat verməyib.