Saqarecoda qətlə yetirilən 14 yaşlı qızın anasına qarşı ittiham irəli sürülüb, əmisi saxlanılıb 

Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları 43 yaşlı kişini - Saqareconun  Ləmbəli kəndində qətlə yetirilən 14 yaşlı qızın əmisini azyaşlı ailə üzvünü ərə getməyə məcbur etmək və cinayət barədə məlumat verməmək ittihamı ilə saxlayıblar. Cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Prokurorluq cinayət barədə məlumat vermədiyinə görə qətlə yetirilən şəxsin anasını də ittiham edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü Aytac Ş.-ni onun iradəsinə zidd olaraq, cinsi ayrı-seçkilik, dözümsüzlük zəminində 1996-cı il təvəllüdlü A.S-ya ərə germəyə məcbur edib. Bundan sonra A.S. azyaşlı qızla evlənmək üçün onun azadlığını qanunsuz şəkildə məhdudlaşdırıb və onu Saqareco bələdiyyəsinə aparıb.

İstintaq nəticəsində o da müəyyən edilib ki, təqsirləndirilən şəxs A.S.-nin Aytac Ş.-ya qarşı həyata keçirdiyi cinayət əməllərindən xəbərdar olub, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Qızın etirazına baxmayaraq, təqsirləndirilən şəxs yenə də azyaşlıya psixoloji zorakılıq tətbiq edərək A.S.-lə məcburi nikahda qalmağa məcbur edib.

Bu il oktyabrın 6-da A.S. odlu silahla Aytac Ş.-nı ölümcül yaralayaraq hadisə yerindən qaçıb.

Polis, A. S.-ni Cinayət Məcəlləsinin 11 prima 109, 143 və 236-cı maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə ittiham edərək saxlayıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.

Azyaşlı ailə üzvünü nikaha məcbur etmə və cinayət barədə məlumat verməmə faktları üzrə Cinayət Məcəlləsinin 11-ci Prima 150-ci və Mülki Məcəllənin 376-cı maddələri ilə araşdırma aparılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur