Yanvarın 20-də, gecə saatlarında Saqarecoda keçmiş hərbi qulluqçu tərəfindən yaralanan 5 nəfərdən üçünün klinikada müalicəsi davam edir. Onlardan biri, 24 yaşlı Giorgi Kiknadze reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub. “Geo Hospital”ın Saqareco tibb mərkəzinin həkimi Mamuka Otiaşvilinin sözlərinə görə, xəstənin sağlamlıq vəziyyəti stabil ağırdır, lakin müsbət dinamika müşayiət olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yaralılardan ikisinin vəziyyəti qənaətbəxşdir və yaxın günlərdə onların mənzilə buraxılması planlaşdırılır. Ağır müalicə şöbəsində müalicəsi davam edən bir xəstə süni nəfəs aparatına qoşuludur. Onun vəziyyəti stabil ağırdır, bu mərhələdə müsbət dinamika var, lakin zədələrə görə ağırlaşma riski hələ də çox yüksəkdir. Böyük qan damarları zədələnib - bud arteriyası, vena. Ona lazım olan qan axtarılıb və ehtiyat var”, - qeyd edib həkim.
Qafqaz Tibb Mərkəzindən 18 yaşlı qız da evə buraxılıb. Göz nahiyəsindən yaralanan şəxs də əməliyyat olunub.
Keçmiş hərbi qulluqçu, 48 yaşlı Nodar Atuaşvili beşmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzilindən yanvarın 20-də gecə saat 00:10 radələrində atəş açıb. Atuaşvili binanın həyətində 4 nəfəri - Davit Nasradze, Zaza Çixladze, Zakro Matiaşvili və Nodar Rçeulişvilini öldürüb, 5 nəfəri isə yaralayıb. Öldürülən dörd gəncdən üçü eyni binanın sakini, biri isə qonaq olub. Keçmiş hərbçi hadisə yerinə gələn polislərə də atəş açıb, nəticədə Kaxeti Polis İdarəsinin Saqareco regional bölməsinin böyük əməliyyatçısı, 38 yaşlı Otar Qvinaşvili yerindəcə ölüb. Atışma başlayanda mənzildə olan Nodar Atuaşvilinin oğlu qaçaraq özünü xilas edib.
Daxili işlər naziri Vaxtanq Qomelaurinin bildirdiyinə əsasən, Nodar Atuaşvili Saqarecoda xüsusi təyinatlı dəstə səfərbər edildikdən sonra özünü güllələyib.
Nodar Atuaşvili 2006-2021-ci illərdə Müdafiə Qüvvələrində xidmət edib. O, Əfqanıstanda sülhməramlı missiyada da iştirak edib. Qonşuların sözlərinə görə, Atuaşvili ayağını sındırmışdı, müalicə prosesi uzun müddət davam edirdi, ona görə işdən azad edilmişdi.
Yanvarın 20-də Saqarecoya gələn daxili işlər naziri Atuaşvilinin mənzilində silahlarla yanaşı, əl qumbaralarının üzüklərini də gördüklərini bildirib.
Saqarecoda 5 nəfərin öldürülməsi və 5 nəfərin yaralanması ilə bağlı istintaq Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan Cinayət Məcəlləsinin 109 və 236-cı maddələri ilə aparılır.