“Georgian Manganese” şirkətinin tətil edən işçiləri baş nazir İrakli Ğaribaşviliyə müraciət edərək onların problemləri ilə maraqlanmağı xahiş edirlər. Bu gün parlament qarşısında Çiaturadan olan aksiya iştirakçılarına üç gün əvvəl, etiraz əlaməti olaraq hər iki gözünü tikən, Qiorqi Kupatadze də qoşulub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizim, bir, insanoğlu sahibimiz yoxdur. Bu gün Tbilisiyə gəlməyə qərar verdim. Mən cənab Ğaribaşviliyə müraciət etmək istəyirəm - mən də sizin vətəndaşınızam, sizin hakimiyyətə gəlməyinizdə mən də öz töhfəmi vermişəm və istəyirəm ki, gözlərimə baxasınız. Cənab Ğaribaşvili mənim gözümün içinə baxsın, bu oğlanların gözünə baxsın, nəzərə alsın ki, hər bir şaxtaçı bu qədər məhsul yaradır və büdcəyə, bizim kürəyimiz, əlimizlə bu qədər pul daxil olur... Budur, fakt, 17 tikişim var. Büdcə bu işlərlə dolurdu”, - deyə Kupatadze bildirib.
İrakli Ğaribaşvili indiyədək şaxtaçıların etirazına şərh bildirməyib. Həftənin əvvəlində onun rəhbərliyi ilə hökumətin iclası keçirilsə də, hazırda Çiaturada gedən proseslər müzakirə olunan məsələlər sırasına daxil edilməyib. Baş nazir, bu gün, jurnalistlərə 20 dəqiqəyə yaxın açıqlama verərkən də bu məsələyə toxunmayıb.
“Georgian Mnaganese”nin 3500-ə yaxın əməkdaşı 16-cı gündür tətil edir. Onlardan bəziləri aksiyanı Çiaturada, bələdiyyə evinin qarşısında keçirirlər və bir neçə onlarla şaxtaçı iyunun 19-da Tbilisiyə gələrək, parlament binası qarşısında çadırlar qurublar. Hazırda Çiatura və Tbilisidə 15 nəfər aclıq aksiyası edir: biri ağzını, biri gözünü tikib, digəri şaxtaçı isə əlinə xəsarət yetirib.
Aksiya iştirakçılarının ifrat etiraz formalarına əl atmasından sonra “Georgian Manganese” şaxtaçıların maaşını 5% artırmağa və 2023-cü il fevralın 1-dək mövcudolan iş şəraitində işləməyə hazır olduqlarını açıqlayıb.
Tətil edən Şaxtaçılar üçün maaşın 5% artırılması qəbuledilməzdir. Onlar ən azı 20% artımla razılaşırlar, şirkət rəhbərliyi isə bunun üçün kifayət qədər maliyyə resurslarının olmadığını iddia edir. “Georgian Manganese”nin əməliyyat idarəsinin direktoru Laşa Tutberidzenin sözlərinə görə, əlavə 15% maaş artımı şirkət üçün illik 10 milyon dollar xərcdir və bu gün maliyyə itkisi proqnozu 12 milyon dollardır.