Çiaturada “Georgian Manganese” işçilərinin tətilinin 13-cü günü, şaxtaçılardan biri etirazın ifrat formasına əl ataraq göz qapaqlarını tikib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, mənim şəxsi qərarım idi. Aclıq aksiyası edən kimə dedimsə, az qala hər kəs bunun əleyhinə idi. Mən, bununla hamıya göstərmək istəyirəm ki, bir-birimizin yanındayıq və güclüyük. Mən “Georgian Manganese”ni görmək istəmirəm, işimiz həll olunmadığı müüdətcə bu adamları görmək istəmirəm. Həll olunanda hamını bir yerdə görəcəyik”, - deyə aksiya iştirakçısı bildirib.
Şaxtaçılar “Facebook” sosial şəbəkəsində də foto paylaşıblar və oradan onlardan birinin əlində venaların kəsilmiş olduğunu görmək olur.
“Bizim problemlərimizi həll etdiyini düşünən insanlar, sizə müraciət edirəm. Gəlin və görün insanlar nə edir, onları necə acılayırsınız. Biz sizə dedik - ya bizim ədalətimiz qazanacaq, ya da geri çəkilməyəcəyik. Bu sözlərimizi geri götürmürük. İnsanlar, əvvəl aclıq aksiyasına başladı, sonra öz həqiqətini heç kimə eşitdirə bilmədikdə ağızlarını tikdilər, indi isə bu haqsızlığı görmək istəmədikləri üçün gözlərini tikiblər. Bu qədər haqsızlığın döndüyü bir vaxtda siz hələ də bilmirsiniz ki, biz nələrə əl ata bilərik”, – şaxtaçı Merab Saralidze aksiyada deyib.
“Georgian Manganese”də işləyən 10 nəfər bir həftədir ki, Çiatura bələdiyyə evi qarşısındakı çadırda aclıq aksiyası keçirir. Aksiya iştirakçılarından biri iyunun 16-da etiraz əlaməti olaraq ağzını tikib. Şaxtaçıların 14 tələbi var ki, bunlardan ən mühümü maaşlarının 40% artırılması və iş qrafikinin dəyişməz qalmasıdır ki, bununla da “Georgian Manganese” razılaşmır. Şirkət tətil edən işçilərə etirazı dayandırmağı, işi bərpa etməyi və iş nəticəsində əldə olunan iqtisadi səmərəlilik əsasında mükafat və müavinətlərini təyin etməyi təklif edib.
Tətilçilər şirkətə tələblərinin yerinə yetirilməsi üçün sabah səhərə qədər vaxt veriblər, əks təqdirdə Tbilisidə aksiyalara başlamağı planlaşdırırlar.
Şaxtaçıların tələbləri bunlardır:
- Əmək haqqının 40% artırılması (rəhbərliyə şamil edilmir);
- 1 fevral 2023-cü il tarixinədək mövcud olan qrafikin/planın qaytarılması;
- Bütün banklarda kredit faizlərinin hesablanmasının dayandırılması və ödənişin təxirə salınması, indiyədək hesablanmış vəsaitlərdən azad olunma;
- Sığortanın dəyişdirilməsi və şərtlərin yaxşılaşdırılması;
- İşçilərin məzuniyyətə çıxmasına icazə verilməsi;
- İşçilərə tezliklə işə başlamağa icazə verilməsi;
- Avadanlığın yenilənməsi/ təkmilləşdirilməsi / dəyişdirilməsi;
- Ərzaq payının yaxşılaşdırılması (məsələn, konservin götürülməsi və yenisi ilə əvəz olunması);
- Fevralın 1-dən əvvəl olduğu kimi işçilərə sanatoriyadan istifadəyə icazə verilməsi.
- Bülletendən istifadə edildiyi halda ödənişin 100%-lə həyata keçirilməsi.
- Bu il, iyunun 7-dən müəssisədə iş prosesinin bərpasına qədər buraxılmış günlərin 100%-lə ödənilməsi.
- Təhlükəsizliyə ən yüksək səviyyədə nəzarət edilməsi.
- Bütün MMC-lər ləğv olunması və onların yenidən bir şirkətdə birləşməsi.
- Şirkət açıq mədən üsulu ilə yeni əraziləri istismar edərkən, insan haqlarının beynəlxalq normalarının və Gürcüstan Konstitusiyasının tələb etdiyi kimi, bu məsələ ilə bağlı konkret kəndin əhalisi ilə razılaşmalı, yerli əhalinin mövqeyi nəzərə alınmalıdır. Mədənlərdən manqanın açıq yolla çıxarılması zamanı qanuna tam riayət edilməlidir, sağlam mühitdə yaşaması insanın konstitusiya hüququdur. Müvafiq olaraq, geoloji və ekoloji risk faktorları nəzərə alınmaqla atmosfer havasının çirklənməsinin keyfiyyətinə nəzarət edilməli, əgər hər şey norma daxilindədirsə, onda, humus təbəqəsi götürülməli, bioloji meliorasiya edilməli və yerli mədəniyyət üçün orijinal olan ağac və bitkilərin əkilməsi aparılmalıdır.