Avropa Şurasının insan haqları üzrə komissarı Dunia Miatoviç “Gürcü Arzusu”nun irəli sürdüyü konstitusiya dəyişikliklərini tənqid edərək bildirir ki, demokratik cəmiyyətdə seçkilər öncəsi “LGBTI” fobiyası ilə manipulyasiyaya yer olmamalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən Gürcüstandaki mövcud siyasi diskursdan narahatam, bunu “Gürcü Arzusu” partiyasının konstitusiyaya dəyişiklik və “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında yeni konstitusiya qanununun qəbul edilməsi təşəbbüsü ilə bağlı bəyanatı göstərdi. Bu [Gürcü Arzusunun təşəbbüsü] Gürcüstan cəmiyyətinin bəzi hissələrində, o cümlədən bəzi siyasətçilər arasında hələ də hökm sürən “LGBTI” fərdlərə və onların hüquq müdafiəçilərinin hüquqlarına, təhlükəsizliklərinə və rifahına güclü mənfi təsir göstərə bilən köklü zərərli stereotipləri və qərəzləri əks etdirir.
Bu, həm də əvvəllər pislədiyim və qanunun aliliyinə və bütün insanların hüquqlarına hörmətə əsaslanan demokratik cəmiyyətdə yeri olmayan “LGBTI” fobiyası ilə seçkiqabağı siyasi manipulyasiyasını təmsil edir”, - İnsan Haqları üzrə Komissarın bəyanatında deyilir.
Dunia Miatoviç qeyd edir ki, Gürcüstanda “LGBTI” nümayəndələri nifrət cinayətlərinin və geniş yayılmış ayrı-seçkiliyin hədəfi olmağa davam edir, onların dinc toplaşmaq hüququndan məhrum edilməsi halları mütəmadi olaraq baş verir.
“Mən dəfələrlə Gürcüstan hakimiyyətini “LGBTI”insanlara qarşı ayrı-seçkiliyin bütün formalarına, ayrı-seçkiliyə və zorakılığa təhrikə qarşı sıfır dözümlülük siyasəti və praktikasını həyata keçirməyə çağırmışam. Son aylar mən bəzi siyasətçilərin Gürcüstanda insan haqları müdafiəçilərinin və vətəndaş cəmiyyətinin qanuni fəaliyyətinə xələl gətirmək üçün istifadə etdikləri, getdikcə artan damğalama ritorikasını izləyirəm.
Ona görə də mən Avropa Şurasının üzvü olan Gürcüstan hökumətini insan hüquqlarının müdafiəsi, o cümlədən “LGBTI” fərdlərin hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini tam şəkildə yerinə yetirməyə və vətəndaş cəmiyyəti və insan haqları müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıram. Mən Gürcüstanın bütün siyasətçilərini seçki kampaniyasında “LGBTI”fobiyasından və ya digər ayrı-seçkilik ritorikasından istifadəni qətiyyətlə pisləməyə çağırıram”, - Miatoviç bildirib.
Avropa komissarı Gürcüstan cəmiyyətinin bütün üzvlərinin, o cümlədən “LGBTI” fərdlərin hüquqlarını dəstəkləyən və müdafiə edənlərlə həmrəy olduğunu bildirir.
“Gürcü Arzusu” ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi bəhanəsi ilə konstitusiyaya dəyişiklik etmək istəyir. Təklif olunan konstitusiya dəyişiklikləri “eyni cinslil münasibətlərinin təşviqi” sayıla biləcək hər hansı ictimai rəyin ifadəsini və ya ictimai toplantıları qadağan edir. Hakim partiya konstitusiya dəyişikliklərini qəbul etmək üçün parlamentdə lazımi 113 səsə malik deyil. Çoxluğun lideri Mamuka Mdinaradzenin dediyi kimi, onlar dəyişikliklərin “indi olmasa da, heç olmasa növbəti çağırış parlamentdə” dəstəklənməsi üçün hər şeyi edəcəklər.