ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli üzvü Jin Şahin bildirib ki, onun irəli sürdüyü qanun layihəsi - “Gürcüstan Xalq Aktı” Dövlət Departamentinin dünən tətbiq etdiyi viza sanksiyalarını daimi edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Dövlət Departamentinin Gürcüstanda demokratiyaya xələl gətirmək və dinc nümayişçilərə hücumda məsuliyyət daşıyan şəxslərə viza məhdudiyyətləri tətbiq etmək addımını alqışlayıram. Mənim ikipartiyalı qanun layihəm bu məhdudiyyətləri daimi edəcək və bu qərarın qısamüddətli bir düzəliş olmadığını bəyan edəcək”, - senator Şahin “X”də yazır.
Jin Şahinin senatorlar Cim Riş, Ben Kardin, Pit Rikets, Kris Kuns və Lindsi Qraham ilə birgə təqdim etdiyi ikipartiyalı qanun layihəsi aşağıdakıları nəzərdə tutur:
- “Xarici agentlər” qanununun qəbulunu təşviq etmək və dəstəklədikləri üçün dövlət məmurlarına və digər şəxslərə [eləcə də onların ailə üzvlərinə] səyahət məhdudiyyətlərinin qoyulması;
- Gürcüstanın sabitliyini, suverenliyini və ya ərazi bütövlüyünə xələl gətirməkdə təqsirli olan şəxslərə qarşı yeni sanksiyaların tətbiqi;
- Gürcüstan üçün uzunmüddətli strategiyanın hazırlanması, o cümlədən hərbi yardıma təkrardan baxılması və Gürcüstan hökumətini dəstəkləyən bütün maliyyələşdirmənin dayandırılması;
Bundan əlavə, “Gürcüstan Xalq Aktı”nda ABŞ-Gürcüstan strateji dialoqunu həmişəlik dayandırmaq çağırışı var.
Senator Şahinin layihəsində gürcü xalqına dəstək, o cümlədən Gürcüstanda demokratiyanın və qanunun aliliyinin təşviqi üçün ən azı 50 milyon dolların ayrılması da nəzərdə tutulur.
“Xarici agentlər” haqqında rus qanununun qəbulundan sonra ABŞ Dövlət Departamenti viza sanksiyalarının birinci mərhələsini elan edib. Söhbət ABŞ ərazisinə girişi qadağan olunacaq 20-30 nəfərdən, o cümlədən “Gürcü Arzusu”nun üzvlərindən, parlament deputatlarından, hüquq-mühafizə orqanlarının əməkdaşlarından və mülki şəxslərdən gedir. Dövlət Departamentinin sözçüsü Metyu Miller izah edib ki, viza məlumatı məxfidir və Dövlət Departamentinin siyahını açıqlamağa haqqı yoxdur.