Demokrat senator Cin Şahin və respublikaçı konqresmen Mayk Terner bu gün Tbilisiyə rəsmi səfər edəcək. Amerika Birləşmiş Ştatlarının bəyanatında bildirilir ki, Şahin və Terner Gürcüstan hökuməti, vətəndaş cəmiyyəti, özəl sektor və siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu gün senator Cin Şahin və konqresmen Mayk Terner Gürcüstana rəsmi səfər edəcək. Onları qonaq etməkdən məmnunluq duyuruq. İkitərəfli səfər çərçivəsində onlar Gürcüstan hökuməti, vətəndaş cəmiyyəti, özəl sektor və siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin senator və konqresmen ABŞ hökumətinin məcburi köçkünlərə, sahibkarlara və tələbələrə dəstək verən proqramları ilə tanış olacaqlar. Birləşmiş Ştatlar Gürcüstan xalqını və onların Avro-Atlantik istəklərini dəstəkləməkdə tam fəal və sadiq qalır”, - səfirliyin bəyanatında deyilir.
Cin Şahin və Mayk Ternerin səfərindən əvvəl prezident Co Bayden prezident Salome Zurabişviliyə göndərdiyi məktubda “Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərinə görə” məyus olduğunu bildirib. Bayden antidemokratik hərəkətlərə misal olaraq Kreml tipli “xarici agentlər” qanununu və Gürcüstan hökumət rəsmilərinin yalan bəyanatlarını göstərir.