Gürcüstanın Avropa yoluna zərbə vurmaqda məsul olan aparıcı gürcü siyasətçiləri ABŞ senatorları demokrat Cin Şahin və respublikaçı Cim Riş tərəfindən təqdim olunan ikipartiyalı yeni qanun layihəsi çərçivəsində sanksiyalarla üzləşə bilər. Bu barədə “Politico” yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nəşrin yazdığına görə, “Gürcüstan Xalq Aktı” “Gürcüstanın Avro-Atlantik inteqrasiyasına mane olmaqda” və “Korrupsiya, İnsan Haqları Pozulmaları və xarici agentlər haqqında qanunun qəbulu və onun qəbulunun dəkstəklənməsinin” arxasında durmaqda ittiham olunan gürcü siyasətçilərinə ABŞ-a səyahət qadağası və digər sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsində ABŞ-Gürcüstan strateji dialoqunu həmişəlik dayandırmaq çağırışı da var.
“Politico”nun yazdığı kimi, ikitərəfli qanun layihəsi təkcə “Gürcü Arzusu”nu və məmurları hədəfə almır, həm də “Gürcüstanda demokratiya və qanunun aliliyi layihələrini dəstəkləmək”, eləcə də ölkədə “mənfur xarici təsir”lə bağlı araşdırma təşəbbüsüüçün 50 milyon dolların ayrılmasını nəzərdə tutur.
Məlum olduğu kimi, ABŞ Konqresində respublikaçı konqresmen, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, Helsinki Komissiyasının sədri Co Vilsonun qanun layihəsinə də baxılır. O, “xarici agentlər”haqqında qanuna yox demədikləri təqdirdə “Gürcü Arzusu”nun üzvlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun parlamentdən geri götürülərsə, Gürcüstana vizasız rejimi də da əhatə edən iqtisadi və təhlükəsizlik üzrə hərtərəfli dəstək paketi təklif ediləcək. “Gürcü Arzusu” qanun layihəsini “şantaj” adlandırıb.
Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanunu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” mayın 27-28-də prezidentin qanuna qoyduğu vetonu aşmağı planlaşdırır.